Ekspert nazirin “O qədər fənn var ki, onlar keçirilməməlidir" sözlərinə şərh verdi
08-10-2024 [15:18]
Elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş “Biliyi dəyərə çevirən sinerji” adlı paneldə çıxışı zamanı bildirib ki, bəzən dəyişiklik edilməməsinin səbəbi təhsilə aidiyyatı olmayan məsələlər olur.
“Ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir. Əgər dəyişiklikliyə hazırıqsa, bunu edək”, – deyə nazir qeyd edib.
Bəs görəsən ali təhsil müəssisələrində keçirilməməsi lazım olan fənlər hansılardır? Onların ləğv edilməsi tələbələrin dərs yükünü aradan qaldıra bilərmi?
Mia.az-ın məlumatına görə, mövzu ilə bağlı Yenicag.az-a danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib ki, əslində, bu fikir əvvəllər də səsləndirilib:
“Məsələn, bir tələbənin ixtisası coğrafiya müəllimliyidir, lakin o, çoxlu qeyri-ixtisas fənləri keçir. Yaxud da öz ixtisasına uyğun 2 və 3-cü kursda keçirilən fənn əvvəlki kursda keçirilən fənni təkrarlayır. Çox güman ki, nazir də həmin fənləri nəzərdə tutur. Bu fənləri birləşdirmək və ya ləğv etməkdən daha çox tələbənin ixtisasına uyğunlaşdırmaq lazımdır. Bir məsələni unutmaq olmaz ki, nəzəriyyə və praktika bir-birini tamamlamalıdır”, – deyə o bildirib.
Onun sözlərinə görə, tələbə nəzəriyyəni keçir, lakin praktikadan xəbəri olmur: “Tamamlanmayanda təbii ki, nəticə də olmur. Bizdə universitetlərdə praktika kağız üzərində, yaxud hər hansı bir müəssisədən arayış almaqla həyata keçirilir. Bu məsələlərə fikir vermək lazımdır. Bizdə test imtahanı da yetərli qədər deyil. Testləşmənin forması dəyişməlidir. DİM ildə 2-3 imtahan keçirir, tələbəni stressə salıb, yaxşı pul qazanması da iş deyil. Bizdə universitet təhsili gücləndirilməlidir. Məsələn, biologiya ixtisasını öyrənən tələbə axı niyə görə Biologiya İnstitutunda praktikasını keçməsin? Bu qarşılıqlı olmalıdır. Məsələn, jurnalistika ixtisasında 4-cü kursun sonunda 2-3 ay praktika keçirilir. Bununla da iş bitmir. Bütün bunları nəzərə alsaq, universitetlərdə lazımsız , ixtisasdan kənar, ixtisasa aid olmayan fənlər çıxarmaq lazımdır və daha ciddi materiallar, dərsliklər ortaya qoyulmalıdır”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi