AMEA-da müxbir üzv qalmaqalı şiddətləndi - Professor üsyan etdi

img

14-07-2014 [19:14]


Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən seçkilərdə uğur qazanmayan professor Kərim Kərimov ölkəni tərk edəcək.


Bu barədə məlumatı K.Kərimov açıqlayıb. 

Professorun sözlərinə görə, akademiyanın müxbir üzvü seçilməyə haqqı çatan 4 nəfərdən biri də o olub: "Mənim bütün fəaliyyətim, elmi işlərim, yetişdirdiyim mütəxəssislər bunu göstərir. Amma olmadı və belə görünür ki, Kərim Kərimovun Azərbaycanda qalıb çalışmasını istəməyən qüvvələr var”. 

İyunun 30-da AMEA-da keçirilən seçkilərdən sonra Azərbaycanı tərk etmək qərarına gəldiyini deyən K.Kərimov xarici ölkələrdən birindən gələn təklifi dəyərləndirdiyini vurğulayıb: "Bu təkliflər əvvəllər də edilirdi. Amma düşünürdüm ki, Azərbaycanda qalıb çalışsam yaxşıdır. İndi isə getmək qərarını vermişəm”. Ölkəni bir ay sonra tərk edəcəyini açıqlayan professor bu müddətdə xəstəxanada müalicə olunan qızına dəstək olacaq: "Qızım xəstəxanadadır. Getmək üçün onun xəstəxanadan çıxmağını gözləyirəm. Getdiyim ölkə də müsəlman ölkəsidir və inanıram ki, orda elmə daha yaxşı xidmət edəcəyəm”. Ölkəni tərk etməzdən öncə prezident İlham Əliyevə məktubla müraciət edəcəyini deyən K.Kərimov "Bütün səbəbləri həmin məktubda dövlət başçısının diqqətinə çatdıracağam. Bilmirəm, məktubumu ona təqdim edəcəklər ya yox, amma ümid edirəm ki, Prezident məktubdan xəbərdar olacağı təqdirdə ona laqeyd qalmayacaq” deyib. 

Qeyd edək ki, K.Kərimov zəlzələni əvvəlcədən xəbər verən elmi kəşfin müəllifidir. 2 beynəlxalq patent alan kəşfin həyata keçməsi üçün 250 min dollar lazım olsa da, professor bu sahəyə cavabdeh olan şəxslərin məsələyə laqeyd qaldığını bildirir. 

interpress.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA