Ziya Məmmədovun oğlu zərərə düşdü, ağac maşının üstə aşdı

img

14-07-2014 [18:48]


Bakıda ağac qırılaraq avtomobilin üstünə düşüb.


 

Mia.az Axar.az istinadən xəbər verir ki, bu gün saat 15 radələrində Nəsimi rayonu S.Rüstəm küçəsi ilə N.Vəzirov küçəsinin kəsişməsində ağaclardan biri qırılaraq avtomobilin üstünə düşüb. Hadisədən Azərbaycan Qolf Federasiyasına məxsus "Kİo Rio” markalı avtomobil zərər görüb.


Ətrafda yaşayan sakinlərin sözlərinə görə, ağaclar vaxtı-vaxtında kəsilmədiyinə görə belə hal baş verib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

 

Qeyd edək ki, Qolf Federasiyasının prezidenti Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.

 

Fotonu təqdim edirik.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA