Reklam şirkəti ilə nazirlik arasında 641 min manatlıq şübhəli anlaşma: 5 saytdan 3-ü niyə "çıxdaş" edilib? - Sensasion iddialar
07-10-2024 [23:23]
2-8 oktyabr tarixlərində Bakı EXPO Mərkəzində keçirilən Beynəlxalq Kitab Sərgisinin təşkili xidmətləri üçün Mədəniyyət Nazirliyi “ADMEDİA.AZ” MMC (VÖEN - 2002644161) şirkətinə 641 min 548 manat 30 qəpik ayırıb.
Mia.az Yeniavaz.com-a istinadən xəbər verir ki, "ADMEDİA.AZ” MMC Mədəniyyət Nazirliyinin keçirdiyi tender müsabiqəsinin (açıq tender) qalibi olub və bu şirkət Beynəlxalq Kitab Sərgisinin təşkili ilə bağlı 86 adda müxtəlif xidmətlər həyata keçirməlidir.
Məlumat üçün bildirək ki, sərgi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan xidmətlərdən bəzilərinin icra olunmadığı görülür.
Tender müsabiqəsinin şərtlərində göstərilir ki, “ADMEDİA.AZ” MMC 5 xəbər portalında – “trend.az”, “oxu.az”, “1news.az”, “qafqazinfo.az” və “kulis.az” saytlarında reklam xarakterli bannerlər yerləşdirməlidir.
Adları qeyd olunan saytların yalnız 2-də – “qafqazinfo.az” və “kulis.az” saytlarında Beynəlxalq Kitab Sərgisi ilə bağlı reklam bannerləri yerləşdirilib. Digər saytlarda isə reklam bannerləri görünmür.
Həmçinin tender müsabiqəsinin şərtlərində qeyd olunub ki, Beynəlxalq Kitab Sərgisinə aid olan “bakubookfair.az” saytında informasiyaların (materialların) yerləşdirilməsi həyata keçirilməlidir. Lakin, səriginin başa çatmasına 1 gün qalmasına baxmayaraq hələ də “bakubookfair.az” saytında sərgi ilə bağlı heç bir məlumat dərc olunmayıb. Hətta sərginin açılışı barədə məlumat da saytda mövcud deyil.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “ADMEDİA.AZ” MMC 21 may 2013-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Məmmədov Emin Əjdər oğlu, təsisçisi isə Sabit Məmmədovdur.
“ADMEDİA.AZ” MMC bu günə kimi dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin qalibi olub. Şirkətin rəsmi saytında göstərilir ki, əsas fəaliyyətləri reklam, media, marketinq sahələrini, həmçinin sərgi və tədbirlərin təşkili xidmətlərini əhatə edir.
Qeyd edək ki, məsələ ilə bağlı “ADMEDİA.AZ” MMC-nin həm reklam şöbəsinin, həm də sərginin təşkilinə məsul olan əməkdaşları ilə əlaqə saxlasaq da, suallarımıza cavab ala bilmədik.
Sərginin Təşkilat Komitəsinin və İşçi Qrupunun üzvü Xəyal Məmmədovla telefon əlaqəsi yaratmaq cəhdlərimiz cavabsız qaldı. İşçi Qrupunun digər üzvü Lalə Məmmədovaya məxsus olduğu bildirilən əlaqə nömrəsi isə hazırda fəaliyyətsizdir(Pravda.az).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi