Azərbaycan İsrail - İran qarşıdurmasında kimi seçəcək? -TƏHLİL
07-10-2024 [15:14]
İranla İsrail arasında gərginliyin artdığı bir zamanda Azərbaycanın təmkinli mövqe sərgiləməsi, bir çox halda reaksiya verməməsi diqqət çəkir.
Prinsip etibarilə Azərbaycanın məsələyə münasibət bildirməyəcəyi, daha dəqiq desək, tərəf tutmayacağı bəlli idi. Rəsmi Bakı ənənəvi münaqişələrə qarışmamaq siyasətini qoruyur. Bunun ümumi mənada qəbul edilmiş adı balanslı siyasətdir.
Azərbaycan bu günə qədər hər hansı regional münaqişədə, geosiyasi qarşıdurmada konkret tərəf tutmayıb. Daha çox tərəfsiz mövqe sərgiləyib, problemlərin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyib.
Məsələn, Kəşmir münaqişəsinin iştirakçılarından olan Pakistan Azərbaycanın strateji tərəfdaşıdır. Bakı bu amilə və Hindistanın Ermənistanı silahlandırmasına baxmayaraq konkret tərəf tutmur. Rusiya-Ukrayna müharibəsini digər bir nümunə kimi göstərmək olar. Rusiya Moskva bəyannaməsi ilə Azərbaycanın rəsmi 3 müttəfiqindən biridir. Bununla belə Bakı Moskvanın işğalçı müharibəsini dəstəkləmir, lazım gəldikdə Kiyevə humanitar yardımlar edir.
Azərbaycanın rəsmi səviyyədə tanınan üç müttəfiqi, birdən çox starateji tərəfdaşı və əməkdaşlıq etdiyi ölkələr var. Bununla belə Bakı balans siyasətinin pozulmamasına çox həssas yanaşır. İranla Azərbaycan arasında vaxtaşırı problemlər yaşansa da, Bakının Tehran əleyhinə heç bir fəaliyyəti olmayıb. Halbuki İsrail Azərbaycanın strateji tərəfdaşlarından biridir, yəni İrandan bir pillə daha yuxarıdadır.
O zaman sual yaranır: Azərbaycan nə vaxt, hansı halda bir ölkəni konkret dəstəkləyə və tərəf tuta bilər?
Bakı sadəcə rəsmi şəkildə müttəqifi olan, ya da üst səviyyədə strateji tərəfdaşlıq etdiyi ölkələrə hərbi-siyasi yardım göstərə bilər. Lakin bu da yetərli deyil. Qeyd edilən iki kateqoriyadan olan bir ölkəyə rəsmi müharibə elan edilməli və toplu işğala məruz qalmalıdır ki, Azərbaycanın dəstəyi üçün əsas yaransın. Lakin bu da hələ son deyil. Qeyd olunan hal baş verdikdə rəsmi səviyyədə dəstək üçün Bakıya müraciət edilməlidir. Bu müraciətə ölkənin Milli Məclisində baxıldıqdan sonra müsabət cavab verilə bilər.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Silahlı Qüvvələri konstitusiyaya görə başqa ölkələrin ərazisini işğal edə, beynəlxalq münaqişələrin parçası ola bilməz. Yəni ordu ölkənin təhlükəsizliyini təmin etməklə mükəlləfdir.
İran-İsrail gərginliyində konkret günahsız tərəf yoxdur. Hər iki ölkə beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozur, insanlıq cinayəti işləyir. Həm Təl-Əviv, həm də Tehran faktiki olaraq nəzarətsiz gücdən istifadə edirlər. Bakı heç vaxt belə bir münaqişənin parçası ola bilməz.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi