ZAUR MİKAYILOVUN ABŞERONLA BAĞLI PLANI: yaxud təyinatların görünməyən tərəfləri...
07-10-2024 [14:55]
Bu gün Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərovun vəzifədən azad edilməsi, yerinə isə Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Mirbəşir Ələsgərovun təyin olunması haqda xəbər yayılıb.
Mia.az-ın əldə etdiyi məlumata görə, bu xəbərdə yanlışlıq var.
Mia.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin Abşeron Suvarma Sistemləri İdarəsi ilə ləğv olunan "Azərsu" AC-nin tabeliyində olan Abşeron Sukanal İdarəsi bir müddət əvvəl birləşdirilərək, yerində Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi yaradılıb.
Məlumata görə, yeni qurum Agentlik sədri Zaur Mikayılovun digər əmri ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin tableiyinə deyil, Zakir Quliyevin sədri olduğu Regional Su Meliorasiya Xidmətinin sərəncamına verilib.
Mia.az-ın əldə etdiyi dəqiq məlumata görə, bundan sonra növbəti əmrlə ləğv olunan Abşeron Sukanal İdarəsinin rəhbəri Fərmail Vəliyevlə "Suvarma"nın rəisi Yusif Ələsgərov vəzifələrindən azad olunub: "Düzdür, Fərmail Vəliyev azad edildikdən, daha doğrusu, özü bu dəyişiklikdən sonra sistemdən tamamilə uzaqlaşdı. Yusif Ələsgərov isə iki qurumun birləşməsi nəticəsində yeni yaradılan Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə baş mühəndis vəzifəsinə keçirilib. Yeni qurumun, yəni Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsinə isə vaxtilə "Azəriqaz" sistemində işləmiş, sonradan isə Şəmkirdə Suvarma Sitsemləri idarəsində rəis olan Etibar Nəbiyev gətirilib. Yəni, yuxarıda adıçəkilən Mirbəşir Ələsgərov yox. Onunla bağlı məsələ başqa cürdür, əslində. Mirbəşir Əlsəgərov Etibar Nəbiyevdən əvvəl Şəmkirdə qeyd edilən idarənin rəisi işləyib. Görünür, məhz buna görə, bugün onun barədə bir çox saytlar yanlış təyinatı xəbəri tirajlayblar. Əslində, Mirbəşirin Abşerobna hər hansı vəzifə təyinatı olmayıb. ".
Müsahibimiz deyir ki, yuxarıda qeyd edilən birləşmə faktiki olsa da, ola bilər hələ rəsmən hüquqi qüvvəyə minməyib: "Məhz bu səbəbə görə, yeni rəis Etibar Nəbiyevin təyinatı barədə xəbəri jurnalistlər dəqiqləşdirə bilməyiblər. Və həm təyinat, həm də idarə barədə səhv məlumatlar yayılıb.
Yeri gəlmişkən, Etibar Nəbiyev Zaur Mikayılovun qudası ilə çox yaxındır və sözsüz ki, Şəmkrdən bura "transfer"ində bu dostluğun müstəsna rolu olub...".
Müsahibimiz onu da deyir ki, Etibar Nəbiyevin birləşdirilən bu nəhəng idarənin rəisi təyinatından sonra Abşeron su təsərrüfatı sahəsində "maraqlı proseslər" gedir: "Etibar Nəbiyev Abşeron Bağlar Sukanal İdarəsində mühəndis olan Həzrət Abbasov adlı şəxsə yeni idarədə qeyri-rəsmi səlahiyyət verib. Baxın, barəsində rəsmi əmri olmayan Həzrət Abbasov hazırda Abşeron Sukanal İdarəsinin rəisinin otağında oturub, qurumu istədiyi kimi idarə edir, istədiyi işçini yola salır və sair. İdarənin rəsmən müavini olan Elnur Əliyev mühəndis Həzrətə hesabat verir. Bu, o Həzrətdir ki, "Azərsu"da uzun illər şikayətlər şöbəsində işləyən atası Heydər Vətən vəzifədən qanunsuz azad edilməsi ilə bağlı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi məhkəməyə verib...".
Məlumatda o da deyilir ki, bu azmış kimi, idarə qeyri-əhali obyektlərində özbaşına yoxlamalar da aparırlar: "Halbuki, qeyri-əhali sektorunda yoxlamanın aparılma prosedurları var..."
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də yaymağa hazırıq.
Samir MUSAYEV
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi