Əli Əsədovun cəzalandırdığı “Azərenerji”nin rəhbərinin böyük səhvi...
07-10-2024 [09:14]
2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.
Bu xəbər ictimaiyyətdə müzakirələrə səbəb olub. “Azərenerji” ASC-də nə baş verir?
Mia.az-ın məlumatına əsasən, Balababa Rzayevin şiddətli töhmət almasının səbəbləri barədə Globalinfo.az-a açıqlama verən siyasi şərhçi Heydər Oğuzun fikrincə, Baş nazir Əli Əsədovun məlum sərəncamından belə anlaşılır ki, “Azərenerji” nəzərdə tutulandan daha artıq qazı elektrik enerjisinə çevirib:
“Bu da istər-istəməz rəsmi Bakının beynəlxalq öhdəliklərini yerinə yetirməsində müəyyən problemlər yaradıb. Nəticədə Balababa müəllim şiddətli töhmətlə cəzalandırılıb”.
Siyasi şərhçi düşünür ki, bu cəzalandırma hadisəsi Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında bağlanmış beynəlxalq müqavilələrin şərtlərinin pozulması ilə bağlı ola bilər:
“Bilirsiniz ki, 2022-ci ildə Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Leyen Azərbaycana səfər etmiş və Prezident İlham Əliyevlə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalamışdı. Memoranduma əsasən, Azərbaycan Avropaya qaz nəqlini ildə 8 milyard kub metrdən 20 milyard kub metrə çıxarmalıdır. Və bu, hər il artırıla-artırıla 2027-ci ilə qədər son həddinə çatmalıdır. Bunun üçün isə Azərbaycan “yaşıl enerji” istehsal edib yerli tələbatı bununla ödəməli və özümüzün istifadə etdiyimiz qazı isə Avropaya göndərməliyik. İlham Əliyevin bu ilin yay aylarında “Euronews” telekanalına verdiyi müsahibədən aydın olur ki, ölkəmiz artıq “yaşıl enerji istehsalı sahəsində özünü təmin edəcək səviyyəyə nəinki yetişib, hətta artıq qalan enerjinin ixracı barədə düşünür. “COP29-a ev sahibliyi edəcək ölkə kimi “yaşıl enerji”yə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir”, – Əliyev həmin müsahibəsində belə demişdi. Prezident həmçinin vurğulamışdı ki, bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməli, elektrik enerjisi maksimum istehsal olunmalı və təbii qaza qənaət edilməlidir. Məqsəd isə həm qazı, həm də yaşıl enerjini Avropaya nəql etməkdir. Prezidentin bu sözlərindən aydın olur ki, Azərbaycanın “yaşıl enerji” istehsalı daxili tələbatı üstələyir. O zaman təbii qazdan elektrik enerjisi almaq nəyə lazımdır? Görünür, Balababa müəllim bizim bəzi deputatlar kimi, Prezidentin sözlərini ya başa düşməyib, ya da bu sözləri eşitmək əvəzinə mürgüləyib. Öz köhnə adəti üzrə təbii qazdan elektrik enerjisi almağı davam etdirib, halbuki o qaz Avropaya nəql olunmalı imiş. Bu özbaşınalıq isə baş nazirin qəzəbinə gəlib”.
Heydər Oğuz deyib ki, bu cür sözü tərs anlayan və ya özbaşına istehsalatla məşğul olan dövlət şirkətlərinin rəhbərlərinə şiddətli töhmət vermək azdır:
“Onlar bizim beynəlxalq öhdəliklərimizi yerinə yetirməyimizə mane olduqları üçün daha ağır cəzalandırılmalıdır. Vallah, bizim hüquq-məhkəmə sisteminin sözanlamaz məmurlara niyə belə humanist yanaşdığını anlaya bilmirəm”.
Xatırladaq ki, “Azərenerji” ASC-nin adı son illər müxtəlif korrupsiya qalmaqallarında hallanır. Qurum və onun rəhbəri daha çox qaranlıq tender əməliyyatları ilə gündəmə gəlir. Hakimiyyətə yaxınlığı ilə tanınan Baba Rzayevin qəfil qəzəbə gəlməsi, şiddətli töhmət alması sıradan hadisə sayıla bilməz. Bunun ardı gələ bilər. Baba müəllim canını şiddətli töhmətlə qurtara biləcək?
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi