ATV-nin eks-prezidentinin sərvətinin məbləği açıqlandı

img

14-07-2014 [17:08]


"Avesta Concern”nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim İbrahimov (Nehrəmli) qardaşı, "Azad Azərbaycan" Müstəqil Teleradio Şirkətinin (ATV) sabiq prezidenti Tağı İbrahimovun Novxanıda yerləşən və dəyəri 4,5 milyon manat qiymətləndirilən villasını satması barədə yayılan xəbərlərə münasibət bildirib.

Hacı İbrahim Nehrəmli Publika.az-a açıqlamasında deyib ki, qardaşı öz işini yaxşı bilir: "Tağı ağıllı adamdır, villasını satıb, başqa nə isə alıb. Çünki Tağı Azərbaycanda yaşamır, o, Türkiyədə yaşayır. Villanı satmaq o demək deyil ki, adam bankrotdur? Maşallah olsun ki, Tağının 100 milyon pulu var. Bu gün Tağı Azərbaycanda ən varlı adamlardan biridir. Onun bankrot olması mümkün deyil. Mən varlı adam deyiləm. Mənim pulum-zadım yoxdur. Ancaq Tağı varlı adamdır. Tağı varlı adamların sırasındadır. Odur ki, onun bankrot olması qeyri-mümkündür”.

Xatırladaq ki, mətbuatda yayılan məlumata görə, Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş rəhbəri Tağı İbrahimov villasını satıb.

Novxanıda yerləşən və dəyəri 4,5 milyon manat qiymətləndirilən villanın bir müddət öncə alğı-satqı müqaviləsinin imzalandığı bildirilir. Villanı tanınmış şəxslərdən birinin aldığı deyilsə də, yeni sahibin kimliyinə aydınlıq gətirilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA