14-07-2014 [15:58]
"ADA” Universitetinin Bakı Yay Enerji Məktəbinin
iştirakçıları Balaxanı qəsəbəsində yerləşən Bakı Bərk Məişət Tullantılarının
Yandırılması Zavodunda olublar.
Mia.az-a verilən məlumata görə, Müəssisədə tələbələrə zavodun fəaliyyəti barədə ətraflı məlumat verilib, onlar zavodun iş prosesi ilə əyani tanış olublar.
Bakı Yay Enerji Məktəbi "ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu il sayca 8-ci olan 2 həftəlik sertifikat proqramı qlobal və Xəzərin enerji, ətraf mühit məsələlərini təhlil etmək üçün dünyanın tanınmış alim və siyasətçilərini bir araya gətirir.
Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodundakı maarifləndirici tur zamanı "Təmiz Şəhər” ASC-nin nümayəndəsi tərəfindən məlumat verilib ki, istehsal gücünə görə, zavod Şərqi Avropada və MDB məkanında ən iri bu tipli müəssisə hesab olunur. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulmuş zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir.
Tullantıların yandırılması prosesi nəticəsində indiyədək 231 milyon KVt/saata yaxın elektrik enerjisi istehsal olunub. Əldə olunmuş enerji 50 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verir. Bunu maliyyə ilə ifadə etsək, 8 milyon manata yaxın dəyərində elektrik enerjisi istehsal edib.
Bərk məişət tullantılarının yandırılması zamanı yanma məhsulu olan tüstü külü xüsusi filtrlərlə tutulur ki, bu da ətraf mühitin çirklənməsinin qarşısını alır. Daha ağır və zərərsiz olan dib külü isə yol inşası üçün nəzərdə tutulmuş tikinti materiallarında istifadə məqsədilə təklif edilir. Tullantının yandırılması zamanı soyutmaq üçün istifadə olunan təchizat suyu yalnız təmizləndikdən sonra çirkab sularına yönəldilir. Zavodun tullantı hədlərinin monitorinqi gündəlik olaraq həyata keçirilir və nəzarətdə saxlanılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikilməsi qərara alınmışdır. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyi və Fransanın "CNİM” şirkəti arasında 2008-ci ildə "Bakı şəhərində bərk məişət tullantılarının yandırılması zavodu”nun layihələndirilməsi, tikintisi, istismarı və texniki xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. Zavod 2012-ci ildən fəaliyyət göstərir
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi