14-07-2014 [15:27]
- Bildiyiniz kimi Qırğızıstan demokratik bir dövlətdir. Demokratik dövlətin atributu olan hakimiyyətin hər 3 qolu işləyir. Qırğızıstanda diasporumuza yüksək səviyyədə münasibət var. Məsələn, biz fond olaraq hakimiyyətdən ulu öndərimiz Heydər Əliyevin adını əbədiləşdirmək üçün torpaq sahəsinin ayrılmasını, həmin torpaq sahəsində ulu öndərin adını daşıyacaq parkın salınmasını, onun abidəsinin ucaldılmasını xahiş etmişdik. Xahişimizi nəzərə alan dövlət tərəfindən şəhərin ən mənzərəli yerində parkın salınması üçün torpaq sahəsi ayrıldı. Məncə, bu, hakimiyyətin diasporumuza yüksək münasibətini göstərən amildir.
- Qırğızıstanda diasporumuzun nəsilləri arasında əlaqə hansı formadadır?
- Qırğızıstanda bir neçə Azərbaycan diasporu var ki, biz onlarla sıx əlaqədə çalışırıq. Məsələn, "Türkdilli dövlətlərin siyasətinə dəstək fondu” olaraq biz Qırğızıstan Azərbaycanlıları Konqresi, Qırğızıstan Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi, "Xəzər” İssık-Kul Azərbaycanlıları İctimai Birliyi, "Sodrujestvo” bölgə milli etnik diasporlar şurası ilə sıx əməkdaşlığımız var.
Qeyd edim ki, biz Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıqda işləyirik. Yaxşı olardı ki, komitənin səlahiyyətləri artırılsın.
- Qırğızıstanın ictimai-siyasi işlərində diaspor təşkilatı olaraq fəallıq göstərə bilirsinizmi?
- Məsələn, bu yaxınlarda, biz ulu öndərin 91 illiyi ilə əlaqədar Bayalinov adına Respublika Uşaq kitabxanasında böyük bir tədbir keçidik. Həmin tədbirdə Qırğızıstanın mədəniyyət və informasiya naziri K. Taliyeva ilə yanaşı bir çox tanınmışlar da iştirak etdilər. Kitabxanaya nəşr etdirdiyimiz kitablar da hədiyyə etdik. Tədbirdə çıxış edən nazir K. Taliyeva fondun Qırğızıstanın ictimai-siyasi həyatındakı böyük rolundan danışdı. Bütün QHT-ləri, "Türkdilli dövlətlərin siyasətinə dəstək fondu” na bənzəməsini tövsiyə etdi.
İki il bundan əvvəl "Həyat” hotelində "Prezident İlham Əliyev” üçcildliyinin təqdimatını keçirmişdik. Onda Azərbaycanın Qırğızıstandakı səfiri vəzifəsini, səfirliyin müşaviri İlqar Cabbarov aparırdı. Tədbiri səfirliklə birlikdə keçirirdik. Bir neçə nazirin, Qırğızıstanın ən tanınmışlarının, Rusiyanın, Amerikanın və bir sıra dövlətlərin səfirliyinin müşavirləri iştirak edirdilər. Tədbir, respublika KİV-lərində də geniş işıqlandırılmışdı. Təqdimatdan bir gün sonra Azərbaycanın Qırğızıstandakı səfir əvəzi İlqar Cabbarov mənə zəng edərək dedi ki, kitaba böyük maraq var, o kitablardan 100 komplekt verə bilərsinizmi? Cavabında dedim ki, biz kitabları məhz oxunması üçün nəşr etdirmişik. Maşın göndərin problem yoxdur, nə qədər lazımdır kitab verək. Onlar maşın göndərdilər, kitablardan 100 komplekt səfirliyə verdim. Səfirlik də öz növbəsində bütün maraqlananlara kitabları payladı. Yeri gəlmişkən, İlqar Cabbarov çox gözəl bir insandır, peşəkar diplomatdır. Öz Vətənini, xalqını, Prezidentini sevən bir adamdır. Biz onunla bir neçə tədbir keçirmişik. Mən görürdüm o, bu tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün necə can yandırır.
-Siz yaşlı diaspor nümayəndələrindən hesab olunursuz. Gənc diaspor üzvləri ilə öz təcrübənizi hansı formada bölüşürsüz?
- Rəhbəri olduğum fondun nəzdində gənclər təşkilatı var. "Təcrübənizi hansı formada bölüşdürürsünüz” deyəndə gənclərimiz fondun fəaliyyətində bilavasitə iştirak edirlər. Fondun tam fəaliyyəti onların təcrübələridir — desək yanılmarıq.
-Ümumiyyətlə, gənclərin diaspor işinə marağı necədir?
- Gənclərimizin diaspor işinə marağı olduqca yüksəkdir. Gənclərimizin çoxu burada həyata göz açanlardır. Onlar mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı, Azərbaycanda gedən prosesləri öyrənmək, bilmək istəyirlər. Bir neçə dəfə gənclərimizdən Azərbaycanın bayrağını, nəşr etdirdiyimiz kitabların onlara verilməsini xahiş ediblər. Əlbəttə, biz onların xahişlərinə biganə qalmamışıq.
-Qırğızıstanda diaspor olaraq ölkəmizi necə təbliğ edirsiz?
- Bizim əsas məqsədimiz Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını, Azərbaycanda gedən ictimai-siyasi prosesləri, ulu öndərimizin irsini, Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətini təbliğ etməkdir. Bu istiqamətlərdə 59 kitab nəşr etdirib pulsuz yaymışıq, bir çox tədbirlər keçirmişik. Keçən ilin fevral ayında Vahid Mustafayevin müəllifi olduğu "Xoca” filminin geniş şəkildə təqdimatını keçirdik. Bir çox kanallar filmi göstərdilər. Tamaşaçı kütləsində film böyük rəğbətlə qarşılandı. Bunu nəzərə alaraq filmi qırğız dilində dublyaj etdirdik.
Belə bir hadisəni xatırlatmaq istəyirəm. 2009-cu ildə xalq diplomatiyası çərçivəsində Qırğızıstan Parlamentinin o vaxtkı deputatlarının Azərbaycana səfərini təşkil etmişdik. Nümayəndə heyətinə Qırğızıstan parlamentinin birinci vitse-spikeri Çolpon Bayekova başçılıq edirdi. Mart ayının 13-də bizi Prezident İlham Əliyev qəbul etdi. Görüş zamanı Çolpon Bayekova Prezident İlham Əliyevə dedi: "Biz Azərbaycanın başına gətirilən faciələr haqqında bu kitablardan məlumat almışıq”. Məncə, bizim fəaliyyətimizə bundan yüksək qiymətin verilməsinə ehtiyac yoxdur.
Onu da xatırladım ki, avqust ayının birinci ongünlüyündə "Türkdilli dövlətlərin siyasətinə dəstək fondu” Bakıda "Azərbaycan, Qırğızıstan, Rusiya, Qazaxıstan, Moldova və İsrail arasında mədəni əlaqələrin inkişafı” adlı beynəlxalq forum keçirəcək. Qeyd edək ki, forumda RF ictimai Palatasının katibi, Kurçatov mərkəzinin Prezidenti, akademik Yevgeniy Velixovun, Qazaxıstandan Muxtar Şaxanovun, Qırğızıstandan İlgiz Aytmatovun başçılıq edəcəyi nüfuzlu nümayəndə heyətləri iştirak edəcək. Xatırladaq ki, forumda, digər tanınmış şəxslərlə yanaşı, deputatların, nazirlərin də iştirakı gözlənir. Həmçinin forum çərçivəsində Muxtar Şaxanovun fondun sifarişi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş «Həqiqət formulu və məhəbbətin Everest zirvəsi» kitabının təqdimatı, fondun sifarişi ilə RF OOO «AMATUS» kinostudiyasının lentə aldığı «Çingiz Aytmatov- sivilizasiyaların dialoqu» sənədli filminin çəkilmiş hissəsi nümayiş etdiriləcək. Muxtar Şaxanovun «Həqiqət formulu və məhəbbətin Everest zirvəsi» adlı əsərinin böyük bir hissəsi mərhum Prezident Heydər Əliyevə həsr olunub.
"Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun sifarişi ilə RF OOO «AMATUS» kinostudiyasının lentə aldığı «Çingiz Aytmatov- sivilizasiyaların dialoqu» sənədli filmində 2008-ci ildə Bişkekdə ulu öndərin 85 illiyi ilə əlaqədar fond tərəfindən keçirilən tədbirdə Çingiz Aytmatovun çıxışı öz əksini tapıb. Bundan başqa, 2008-ci il Qırğızıstanda Çingiz Aytmatov ili elan olunmuşdu. Tale elə gətirdi ki, Çingiz Aytmatovun yubileyi təkcə Azərbaycanda fondun təşəbbüsü və maliyyə dəstəyi ilə qeyd olundu. Fevral ayının 25-də Prezident İlham Əliyev Çingiz Aytmatovu fondun sədri ilə birlikdə qəbul etdi və "Dostluq” ordeni ilə təltif edildi. Həmin görüntülər də filmdə öz əksini tapıb.
- Bu işləri görərkən sizə qarşı ermənilər tərəfdən hər hansı maneələr olurmu?
- Bilirsiniz, erməninin erməni olduğunu, onun bizə düşmən olduğunu bilirik. Ona görə də onlardan özümüzü qorumaq bir o qədər də çətin deyil.
azinform.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi