HAKİMLƏRİN SƏLAHİYYƏTİNƏ HANSI HALLARDA XİTAM VERİLƏCƏK? - Yeni qanun
03-10-2024 [10:27]
Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydası dəyişir.
Mia.az-ın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, İlk dəfə 3 il müddətinə təyin edilmiş hakimlərin fəaliyyəti həmin müddətin sonunda, digər hakimlərin fəaliyyəti isə beş ildə bir dəfədən az olmayaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilir. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ədalət mühakiməsinin təkmilləşdirilməsi, hakimlərlə tədris prosesinin düzgün qurulması, habelə onların vəzifədə irəli çəkilməsi, hakimlik və sədrlik fəaliyyətini davam etdirməyə yararlılıqlarının müəyyən edilməsi məqsədilə aparılır. Hakimlərin fəaliyyəti Azərbaycan Respublikasının Ali Məhkəməsi, müvafiq olaraq apellyasiya məhkəmələri və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, habelə hakimlərin mənsub olduqları məhkəmələrin sədrləri tərəfindən vəzifələrinin icrasına dair verilmiş rəylər əsasında qiymətləndirilir. Hakimlərin fəaliyyəti qiymətləndirilərkən həmçinin məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələri, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirərkən topladığı və Məhkəmə-Hüquq Şurasına təqdim etdiyi məlumatlar, habelə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiyaya yönəldilən işlərin sayı nəzərə alınır.
Hakimlərin fəaliyyəti qiymətləndirilərkən Məhkəmə-Hüquq Şurasının ayrı-ayrı üzvlərinin malik olduqları məlumatlardan istifadə oluna bilər. Hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində peşəkar çatışmazlıqlar, o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilir.
Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verilir. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin qaydaları və metodologiyası Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir.
Layihəyə əsasən, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmə sistemində idarəçiliyin təkmilləşdirilməsi, hakimlərin vəzifədə irəli çəkilməsində şəffaflığın təmin olunması, onların fəaliyyətinin stimullaşdırılması, tədris ehtiyaclarının müəyyənləşdirilməsi və fəaliyyətini davam etdirməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə aparılacaq. Məhkəmə-Hüquq Şurası ilk dəfə 3 il müddətinə təyin edilmiş hakimlərin fəaliyyətini həmin müddətin sonunda, digər hakimlərin fəaliyyətini 5 ildə bir dəfədən az olmayaraq, məhkəmə sədrlərinin, sədr müavinlərinin və kollegiya sədrlərinin inzibati səlahiyyətlərin icrası üzrə fəaliyyətini isə həmçinin bu vəzifələr üzrə fəaliyyət müddətinin sonunda qiymətləndirəcək.
Hakimlərin fəaliyyəti Hakimlərin Qiymətləndirilməsi Komitəsi tərəfindən toplanılan materiallar əsasında onların peşəkarlıq səviyyəsini müəyyən etməyə imkan verən kəmiyyət (məhkəmə fəaliyyəti üzrə iş yükü və onun öhdəsindən gəlmək bacarığı) və keyfiyyət (məhkəmə aktlarının və məhkəmə proseslərinin idarə edilməsi keyfiyyəti, kommunikasiya bacarıqları, hakim etikası və intizamlılıq) göstəriciləri üzrə qiymətləndiriləcək. Məhkəmə sədrlərinin, sədr müavinlərinin və kollegiya sədrlərinin inzibati səlahiyyətlərin icrası üzrə fəaliyyəti Hakimlərin Qiymətləndirilməsi Komitəsi tərəfindən toplanılan materiallar əsasında onların idarəçilik bacarıqlarını müəyyən etməyə imkan verən meyarlar (müvafiq məhkəmədə əmək və icra intizamına riayət edilməsi və işin təşkili vəziyyəti (məhkəmə statistikasının və arxiv işinin aparılması, kargüzarlıq qaydalarına əməl olunması, məhkəmə aparatına rəhbərliyin təşkili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi vəziyyəti, vətəndaşların qəbulu, müraciətlərə baxılması sahəsində məhkəmədə işin təşkili) üzrə qiymətləndiriləcək.
Hakimlərin fəaliyyəti məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələri, Məhkəmə-Hüquq Şurası Aparatının, fəaliyyəti qiymətləndirilən hakimin, həmçinin Ali Məhkəmə, apellyasiya instansiyası və birinci instansiya məhkəmələri sədrlərinin məlumatları və mediasiyaya yönəldilən işlərin sayı nəzərə alınmaqla qiymətləndiriləcək. Hakimlərin fəaliyyəti qiymətləndirilərkən Məhkəmə-Hüquq Şurası üzvlərinin malik olduqları məlumatlardan istifadə oluna bilər.
Hakimlərin Qiymətləndirilməsi Komitəsi hakimin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə dair yekun rəy tərtib etməklə Məhkəmə-Hüquq Şurasına təqdim edəcək. Hakimlərin Qiymətləndirilməsi Komitəsinin hakimin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə dair yekun rəyi Məhkəmə-Hüquq Şurasının üzvlərinə qiymətləndirmə ilə bağlı Məhkəmə-Hüquq Şurasının iclasına ən azı 10 gün qalmış təqdim ediləcək. Məhkəmə-Hüquq Şurası Hakimlərin Qiymətləndirilməsi Komitəsindən daxil olmuş yekun rəyi iclasında müzakirə edəcək və hakimin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinin təsdiqinə dair qərar qəbul edəcək.
Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yekun rəyi hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyasında müəyyən edilmiş forma və məzmuna uyğun olmadıqda, habelə ziddiyyətli olduqda Məhkəmə-Hüquq Şurası əsaslandırılmış qərarı ilə yekun rəyi ona əlavə edilmiş materiallarla birlikdə geri qaytaracaq. Bu zaman Hakimlərin Qiymətləndirilməsi Komitəsi Məhkəmə-Hüquq Şurasının qərarını nəzərə almaqla, yekun rəydəki çatışmazlıqları aradan qaldırmalı və yenidən Məhkəmə-Hüquq Şurasına təqdim etməlidir.
Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinə dair qərar qəbul edilərkən səsvermədə Məhkəmə-Hüquq Şurasının yalnız hakim üzvləri iştirak edəcək.
Qİymətləndirmə ilə bağlı Məhkəmə-Hüquq Şurasının iclası səsvermədə iştirak etmək hüququ olan hakim üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Qərar Məhkəmə-Hüquq Şurasının səsvermədə iştirak edən hakim üzvlərinin sadə səs çoxluğu ilə qəbul ediləcək. Səslər bərabər olduqda Məhkəmə-Hüquq Şurasının iclasına sədrlik edənin səsi həlledici hesab olunacaq.
Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin yekununda aşağıdakı nəticələrdən biri müəyyən olunacaq:
- hakimin fəaliyyəti yüksək qiymətləndirilir;
- hakimin fəaliyyəti qənaətbəxş qiymətləndirilir;
- hakimin fəaliyyətində peşəkar çatışmazlıqlar var.
Hakimin fəaliyyəti yüksək qiymətləndirildikdə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimin vəzifədə irəli çəkilməsi nəzərdən keçiriləcək. Hakimin fəaliyyəti qənaətbəxş qiymətləndirildikdə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimin tutduğu vəzifəyə uyğunluğu barədə qərar qəbul ediləcək. Hakimin fəaliyyətində peşəkar çatışmazlıqlar olduğu halda, o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxs istisna olmaqla) fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrar, lakin 1 ildən tez və 2 ildən gec olmayaraq qiymətləndiriləcək. Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə vaxtından əvvəl xitam veriləcək.
Məhkəmə sədrləri, sədr müavinləri və kollegiya sədrlərinin inzibati səlahiyyətlərinin icrası üzrə fəaliyyətinin qiymətləndirilməsinin yekununda aşağıdakı nəticələrdən biri müəyyən olunacaq:
- fəaliyyəti qənaətbəxş qiymətləndirilir;
- fəaliyyətində peşəkar çatışmazlıqlar var.
Fəaliyyəti qənaətbəxş qiymətləndirildiyi halda Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə sədrinin, sədr müavinini və ya kollegiya sədrinin inzibati vəzifəyə təyinatı ilə bağlı təklifinin verilməsi barədə qərar qəbul ediləcək.
Fəaliyyətində peşəkar çatışmazlıqlar olduğu halda Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə sədrinin, sədr müavinini və ya kollegiya sədrinin tutduğu vəzifədə işləməyə uyğun olmaması barədə qərar qəbul ediləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi