Keçmiş bankir, hazırkı ASC sədri ilə bağlı sensasion məhkəmə prosesi başlayıb
02-10-2024 [14:17]
Sabah oktyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundova qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi davam etdiriləcək.
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, ittihama görə, “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundovu və yaxınlarını öldürməklə hədələyərək ondan 100 min manat tələb ediblər. Əvvəldən tanıdığı, lakin yaxın münasibəti olmadığı Əhməd Əhmədov onu şantaj edib.
İstintaq sənədlərinə görə, Əhməd Əhmədov Emin Axundova bir neçə dəfə SMS göndərib. Yüz min manat verməyəcəyi halda onun özünə, ailəsinə zor tətbiq edəcəyini, öldürəcəyini deyib və evlərini əl qumbarası ilə partladacağıyla hədələyib. Hədə-qorxu dolu mesajlardan sonra Emin Axundov Əhməd Əhmədova 10 min manat verməyə razılaşıb. O, həmin pulun min manatını Əhməd Əhmədovun dostunun kart hesabına göndərib. Daha sonra isə 9 min manatı verəcəyini deyib. Lakin Emin Axundov Əhməd Əhmədovun çoxsaylı hədə-qorxularına tab gətirə bilməyib və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.
İdarənin keçirdiyi xüsusi əməliyyat nəticəsində Əhməd Əhmədov cinayət başında yaxalanıb. Şərti olaraq Emin Axundovun sürücüsü qismində iştirak edən polis əməkdaşı Əhməd Əhmədovla görüşüb, 9 min manatı ona verib. Əhməd Əhmədov pulu götürdükdən sonra uzaqlaşmaq istəyən zaman saxlanılıb. İstintaq orqanı tərəfindən Əhməd Əhmədov barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Əhməd Əhmədov bildirib ki, Emin Axundovu bankda filial müdiri işləyən vaxtdan tanıyıb. Qeyd edib ki, Emin Axundova hədə-qorxu gəlməyib, onu bu hərəkətləri etməyə Emin Axundovun qardaşının əməli məcbur edib: “Emin Axundovun qardaşı Eldar Axundovun bağ evində işləmişəm. Onun itlərini yemləmişəm. Bundan əlavə, bağ evində başqa işlər də görmüşəm. Eldar mənim ümumilikdə 40-50 min manat təşkil edən zəhmət haqqımı verməyib”.
Əhməd Əhmədov bildirib ki, Eldar Axundovun borcunun əvəzini onun qardaşı Emin Axundovdan çıxmaq qərarına gəlib:
“Bu səbəbdən onu hədələyərək 100 min manat tələb etmişəm. Mən Eminin ailəsini 90-cı ildən tanıyıram. Anası Rəna xanım, atası Faiq əmi də məni yaxşı tanıyır. Mən bunlardan maşın almışam, problem çıxıb. Qardaşı Eldarın yanına gəlmişəm. Ona demişəm ki, nəyi necə edək... O da deyib ki, 1600 manat vermisən, neçə ayda lizinq vermisənsə, onu da qaytararam. 2017-ci ildən pulumu ala bilmədim”.
Ötən məhkəmə iclasında iş üzrə zərərçəkmiş “Azərmaş” ASC İdarə Heyətinin sədri Emin Axundov ifadə verib.
Deyib ki, Əhməd Əhmədovla nə özünün, nə qardaşının şəxsi ədavəti, yaxın işbirliyi olub: “Əhmədi 10 il əvvəl vətəndaş kimi qəbul etdik. O zaman “Nikoyl” Bankın müdiri vəzifəsində çalışırdım. Mənə sosial vəziyyətinin pis olduğunu dedi. Ona 50 manat verdim. Mənə dedi ki, sizə hədiyyə gətirəcəm və buna görə nömrəmi istədi. Mən də ona mobil telefon nömrəmi verdim”.
Emin Axundov qeyd edib ki, daha sonra Əhməd Əhmədov ona hədə-qorxu gəlməyə başlayıb:
“Təxminən 10 ildən sonra mənə mesaj yazaraq pulumu qaytarın dedi. Dedi ki, sənin qardaşının bağında iş görmüşəm və sizin mənə 40 min manat borcunuz var. Üstündən bir neçə gün keçdikdən sonra dedi ki, 40 min yox, 100 min borcunuz var. Mən onun bu cür təhqiramiz mesajlarından sonra hüquq-mühafizə orqanlarına müraciət etdim. Qardaşım servis müdiridir”.
Zərərçəkmiş bildirib ki, Əhməd Əhmədov daha sonra onun qardaşının yanına tez-tez gedib: “Bu hadisələrdən sonra bildim ki, qardaşımın itinə baxıb. Ona dedim ki, əgər borc varsa, gəl haqq-hesab edək. Həmin ərəfədə onun kartına 1000 manat göndərdim. Daha sonra 10 min manata razılaşdıq. Onun nömrələrini bloka atırdım, lakin müxtəlif nömrələrdən zəng etməyə başladı. Mənə dedi ki, bilirik, oğlun İngiltərədə oxuyur. Bunu deməklə hədə-qorxu gəlirdi. Deyirdi, evinizi partladacam”.
Emin Axundov qeyd edib ki, Əhməd Əhmədovdan şikayətçidir, məhkəmədən ona ən ağır cəza təyin edilməsini istəyir.
Qeyd edək ki, zərərçəkmiş Emin Axundov 15 il bank sektorunda rəhbər vəzifələrdə çalışıb. Hazırda kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodu “Azərmaş” ASC-nin İdarə Heyətinin sədridir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi