İlham Əliyev Romada Nizami Gəncəvinin və naməlum əsgərin abidələrini ziyarət edib

img

14-07-2014 [14:23]


İtaliyada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Romadakı "Altare dell Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət edib.

APA-nın məlumatına görə, burada Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev naməlum əsgər abidəsinin önünə əklil qoyub.

* * *
09:49

Prezident İlham Əliyev iyulun 13-də Romadakı məşhur "Villa Borghese" parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət etmiş, önünə gül dəstəsi qoyub.

Virtualaz.org saytı xəbər verir ki, bu abidə "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb.

Həmin Sərəncama əsasən Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA