İcra başçısı jurnalisti çimərliyə dəvət etdi - Maraqlı açıqlama

img

14-07-2014 [13:15]


"Yazırlar ki, oğlum 9-cu mərtəbədən yıxılıb, xoşbəxtlikdən yüngül xəsarət alıb. Bu xəbərə yalnız gülmək olar”.

 Bu sözləri musavat.com-a Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib. 

O, bildirib ki, oğlunun intihar etməsi haqda məlumat yalandır: "Gəlsinlər görsünlər, oğlumun bədənində bir cızıq, sıyrıq varmı? Ayıbdır, utansınlar. Uşaq dəniz kənarında istirahətdədir”.
 
Yayılan bu xəbərlərə cavab olaraq, Ə.Abıyev oğlu ilə birgə Zaqulbada istirahət etdiyini dedi: "Telefonu verirəm İslama, özünüz onunla danışın”.

Əhəd Abıyevin oğlu İslam Abıyev isə musavat.com-a bildirdi ki, barəsində yayılan məlumatlar iftiradır və inanmayan mətbuat nümayəndələri gəlib, onunla görüşə bilərlər: "Zaqulbadayam, atamın yanımdayam. Kim istəsə, gəlib mənimlə görüşə bilər. Bədənimdə heş bir xəsarət yoxdur. Yıxılan adamın bədənində xəsarəti olar, başı yarılar. 9-cu mərtəbədən yıxılana heç nə olmaz?”
    
İ.Abıyev onu görmək istəyənləri Zaqulbadakı çimərliyə dəvət etdi.

Qeyd edək ki, yayılan məlumatda Ə.Abıyevin 17 yaşlı oğlunun Türkiyədə oteldə 9-cu mərtəbədən yıxıldığı iddia edilirdi. 

Xəbərdə bildirilirdi ki, oğlu Ə.Abıyevlə mübahisə edəndən sonra özünü 9-cu mərtəbədən atıb, intihara cəhd edib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA