"Dedi ki, mən rəhbərəm, rəhbər! Siz kimsiniz, məni niyə narahat edirsiniz?" - Yasamalda özbaşınalıq pik həddə çatıb
01-10-2024 [10:47]
“Diskiya Akademiyası olaraq ofisimizi köçürmüşük. Yasamal rayonu Şərifzadə küçəsində böyük bir ofisi kirayə etmişik. Sentyabrın 1-dən burada fəaliyyət göstəririk. COP29-la əlaqədar İcra Hakimiyyəti qərar verib ki, bütün obyektlərin üstündə panellər eyni olmalıdır. Yasamal rayonuna düşən panelin rəngi, təxminən, taxta rəngidir. Gəlib obyektlərin üstünə həmin panelləri quraşdırıblar. Orada işləyən ustalar siqaret qutularını, yeyib-içdikləri hər şeyin zibilini ofisin qabağına töküblər. Gecə vaxtı özüm o zibilləri bir-bir yığıb atdım. Tikinti materialları ağır olduğuna görə, təbii ki, onları daşımaq mümkünsüz oldu. Əməkdaşlarımın hamısı, demək olar, qızlardır. Ümumiyyətlə, bu, bizim işimiz deyil...”
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, bu sözləri Akademiyanın rəhbəri Cəlalə Nəzəroğlu deyib.
“Bu işə rəhbərlik edən Ramin adında şəxslə əməkdaşlarımız dəfələrlə danışdılar ki, məsələni həll etsinlər. “Bu gün, sabah...” deyib uzatdı. Həmin adama zəng etdim, mədəni şəkildə “sabahınız xeyir, mən filankəsəm, sizin əməkdaşlar...” demişdim ki adam səs tonunu qaldırıb bağıra-bağıra “Ay xanım, siz kimsiniz, məni niyə narahat edirsiniz?” deyə cavab verdi. Dedim ki, səsinizin tonunu aşağı salın, görün, nə deyirəm. “Mənim nömrəmi sizə kim verib? Mən rəhbərəm, rəhbər” dedi. Bu adam COP29-la bağlı hansısa vəzifəyə təyin olunub, özünü öz gözündə nə qədər böyüdübsə, telefonda mənə ağzına gələni dedi. Ağzımı açmağa imkan vermədən telefonu söndürdü. Ona səsli mesaj göndərdim ki, bu davranışla sizi ora vəzifəyə kim təyin edib, bilmirəm. Öz qabında olmayan onun kimilər at oynadırlar. Amma savadı, təcrübəsi, əsas da şəxsiyyəti ilə ən uca vəzifədə oturmalı olan insanlar, çox təəssüf ki, küncdə-bucaqda qalıblar. O adamın kimliyini bilmirəm, amma COP29-a rəhbərlik edən şəxslər, sizə deyirəm ki, belə adamlar at oynadırlar, biləsiniz. Ramin, sən kimsən, mən bilmirəm. Ümumiyyətlə, səndən qorxmuram. Yekə-yekə danışmağın, üstümə bağırmağın... Sən kimsən? “Rəhbər şəxs”... İstənilən rəhbər şəxsə istənilən vətəndaş zəng edə bilər. Gedin şəxsiyyət, vətəndaş olun. Sənin rəhbərini tapıb sözümü deyəcəyəm. Belə at oynadanlara qarşı susmayın. Bu ölkədə heç kim at oynada bilməz. Ədalət də var, hökumət də var, qanun da. Sadəcə, gərək, vətəndaş bunu dilə gətirsin”, - o bildirib
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi