Qurbanov Mia.az-ın suallarını cavablandırıb: "Azarkeşlərə bunu belə formada çatdırmaq lazım deyil" - "Baxırsan ki, biri hakimə, o biri məşqçilərə replika atır" (VİDEO)
30-09-2024 [12:40]
"Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov mia.az saytının suallarını cavablandırıb.
Baş məşqçi əvvəlcə "Sabah"la dünənki oyunda qol vuran Toral bayramovun qoldan sona azarkeşlərə ünvanlı "sus" işarəsinə aydınlıq gətirib.
- Toral Bayramov qol vurandan sonra azarkeşlərə əl işarəsi ilə bir mesaj göndərdi. Yəni, "susun, arxamca danışmayın", - kimi yozulur bu əl işarəsi, məncə. Biz, eləcə də azarkeşlər onun bir neçə gün əvvəl "Tottenham"la görüşdə buraxdığı, vura bilmədiyi penaltini yaxşı xatırlayırıq. Nə deyə bilərsiniz bu barədə? Siz özünüz azarkeşlərə böyük əhəmiyyət verən adamsınız. Mənimlə söhbətdə bir dəfə dediniz ki, "Azarkeşlər stadionların bəzəyidi". Bəs nədən bu qol sevincini azarkeşlərə bu formada çatdırmaq zərurəti yaranır?
- Əvvəla, mən Toralın nə çür jest elədiyini görmədim. Yəqin barmağını "susmaq" formasında göstərib. Bunu da eləməyən futbolçu yoxdu. Amma inanmıram ki, Toral azarkeşlərə dediyiniz mesajı göndərmək və hörmətsizlik etmək istəyib. Özü də Toral hər kəsə hörmətlə yanaşan futbolçudu. Bəlkə hansısa bir dostu, yaxud tanışına nəsə demək istəyib. Çünki onun azarkeşlərə hörmətsizlik etməsi mümkün deyil. Ona görə də provokasiyaya getmək lazım deyil. Azarkeşlərə də bunu belə formada çatdırmaq lazım deyil. Çünki hər hansı kiçik fikir böyüyə bilər və komandaya, futbolçuya olan sevgiyə, inama təsir edə bilər. Ümumiyyətlə, mən düşünürəm ki, belə sualları vermək lazım deyil. Çünki futbolda o qədər jestlər var ki, olsun, lap elə "susun" işarəsi edə bilərlər. Mən, məsələn, əslində, o "susun" işarəsinin də nə çür qəbul edildiyini bilmirəm. İnanmıram ki, Toral bunu hörmətsizlik olaraq göstərsin. Əksinə, Toral elə futbolçudu ki, kommunikasiyanı, ünsiyyəti sevir, hamıya xoş görünməyə çalışır. Nə vaxt müsahibə üçün zəng edirsən, deyir, "problem yoxdu". Ona görə də Toralın haqqında belə fikir formalaşdırmaq qətiyyən lazım deyil. Mən Toralı yaxşı tanıyıram.
- Qurban müəllim, hakim İnqilab Məmmədov sizə sarı vərəqə göstərdi. Onunla mübahisənin səbəbi nə idi?
- Bəli, mən hakimə iradımı bildirdim. Çünki bəzən olduğumuz yerdən bizim baxışımız fərqlənir. Məsələn, biz deyirik ki, hansısa epizodda cərimə zərbəsi təyin olunmalıdı, amma hakim fərqli qərar verir. Siz gördünüz ki, sonda oyunun tempi qalxdı. Bəzi epizodlar vardı ki, hakim oyunu saxlamadı. Cərimə varsa, vurulmalıdı. Mən də belə hallara etirazımı bildirdim. Hakim də sağ olsun, heç vaxt itirmədən gəlib mənə sarı kartı göstərdi. Yəni, qəhrəmanlıq elədi.
Bilirsiniz ki, futbol emosiyalarla doludu. Ümumiyyətlə, xaricdə də futbol oyunlarını nəzərdən keçirəndə görürsən ki, azarkeşlərin bəziləri oyuna əylənmək, istirahət etmək, vaxt keçirmək, emosiyalarını ifadə etməkçün gəlir. Baxırsan ki, biri hakimə, o biri futbolçulara, məşqçilərə replika atır.
Hərə bir formada futboldan ləzzət alır. Amma hər dəfə səsimizi çıxaran kimi sarı vərəqəni göstərmək, yaxud qaçıb yanımıza gəlmək nə dərəcədə doğrudu? Hakimlərimizin hər birini tanıyıram, hörmətim var, xətrini çox istəyirəm, tanınmış insanlardı, bundan sonra daha da yüksəlsinlər. Amma təkcə mənə yox, digər məşqçiləri də nəzərdə tutaraq demək istəyirəm ki, hər epizoda görə sarı, ya da qırmızı vərəqə verəcəklərsə, bunun tərəfdarı deyiləm və doğru hesab etmirəm. Bu futbolçuları biz hazırlayırıq. Yaxın durmayaq onlara? Niyə bir sədd qoyulmalıdı ortaya?
Bəzən ola bilər, bizə qarşı sərt oynayırlar, amma hakim epizodu buraxır, nəzərə almır, ola bilər belə hallar. Kompromisə gedirik belə hallarda. Amma bir sözə görə sarı vərəqəni göstərmək doğru deyildi məncə. İnanın ki, ondan sonra gözümün önündə mənim düşündüyümə görə cərimə zərbəsi təyin edilməli hal baş verdi, amma hakim cəriməni təyin eləmədi, mən heç səsimi də çıxarmadım hakimə. Çünki ondan qabaq cavabımı vermişdi. Ümumiyyətlə, mən hakimlərə münasibətdə həmişə passiv mövqedə olmuşam, amma onlar çalışmalıdı ki, oyun dayanmasın, dinamik olsun. Əgər avrokubok oyunlarına can atırıqsa, burada da fasiləsiz, dinamik oyun keçirməkdə maraqlı olmalıyıq.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi