İcra başçısının oğlu intihar edib! - Ciddi xəsarətlər var

img

14-07-2014 [11:54]


Bu yaxınlarda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin 17 yaşlı oğlunun Türkiyədə oteldə 9 mərtəbəli binadan yıxılması barədə xəbər verilmişdi. Ancaq icra başçısı bu xəbəri heç bir dəlil gətirmədən təkzib etmişdi.

 

Mia.az xəbər verir ki, Publika.az icra başçısının oğlu ilə bağlı daha dolğun və yeni məlumat əldə edib.

 

Dəqiqləşdirdiyimiz məlumata görə, Əhəd Abıyevin oğlu 9-cu mərtəbədən təsadüfən yıxılmayıb, o, intihara cəhd edib. Belə ki, Türkiyədəki otellərdən birində Əhəd Abıyevlə oğlu arasında mübahisə yaşanıb. Həmin vaxt Ə.Abıyev qardaşı Abı Abıyevi Türkiyəyə müalicəyə aparıbmış. İcra başçısının oğlu da onlarla bir yerdə olub.


Oteldə yaşanan mübahisə zəminindən sonra Əhəd Abıyevin oğlu özünü 9-cu mərtəbədən ataraq intihara cəhd edib.

Xoşbəxtlikdən, icra başçısının oğlu sağ qalıb, ancaq ciddi xəsarət alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA