27 sentyabr - Anım Günü Şirvanda silsilə tədbirlərlə qeyd olunub - FOTOLAR
27-09-2024 [17:07]
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Vətən müharibəsinin başladığı 27 sentyabr gününün hər il Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi barədə ölkə başçısı cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sentyabr 27-də ümumşəhər anım tədbiri keçirilib.
Mia.az xəbər verir ki, öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Sonra Şəhidlər Xiyabanında Birinci Qarabağ müharibəsində itkin düşən Şirvan şəhidlərinin xatirə lövhəsi, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub. Şəhər İcra Hakmiyyətinin başçısı İlqar Abbasov şəhidlərin ailə üzvlərinin, yaxınlarının hər biri ilə görüşüb, onlara Allahdan səbir diləyib.
Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksinin qarşısında Anım Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, 2020-ci ilin 27 sentyabr tarixində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızın geri alınması məqsədilə zəfər yürüşünə başlaması ilə tariximizin şanlı səhifələrinin yazıldığını, bu günün Anım Günü kimi qeyd edilməsinin şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi olduğunu diqqətə çatdırıb. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinin şahidi olduğunu, vətənimizin ərazi bütövlüyünü bərpa olunduğunu, üçrəngli bayrağımızın işğaldan azad edilən torpaqlarımızda dalğalandığını, bütün bunlara görə Qalib Ali Baş Komandana, şəhidlərimizə və qazilərmizə minnətdar olduğumuzu vurğulayıb. Ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində səmərəli işlər görüldüyünü, döyüşlərdə şücaət və qəhrəmanlıq göstərən bütün hərbiçilərin dövlət başçısı tərəfindən orden və medallarla təltif edildiyini bildirən İlqar Abbasov Şirvan şəhərində də şəhid və qazi ailələrinin daim diqqətdə saxlanıldığını, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü qeyd edib. Vətən müharibəsində qazandığımız şanlı qələbənin tariximizdə əbədi qalacağını, şəhidlərimizin daim hörmət və ehtiramla yad ediləcəyini söyləyib.
Daha sonra çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, şəhid atası Rəhim Hüseynov, Alim Zülfüqarlı, Birinci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı İradə Atayeva 44 günlük Vətən müharibəsində Qalib Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrindən, arxa cəbhədə xalqımızın “Dəmir yumruqda” möhkəm birliyindən, tarixə qızıl hərflərlə həkk olunmuş Zəfərdən, şəhidliyin ali məqamlarından bəhs ediblər. Çıxış edənlər bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyiblər.
Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.
Tədbirin sonunda şəhər məktəbliləri Anım Gününə həsr olunmuş bədii kompazisiya ilə çıxış ediblər.
Tədbirdən sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri el qəbiristanlığında şəhid məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Birinci Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəmanlar Rəfael Həbibovun, Tahir Bağırovun, Nofəl Quliyevin büstləri ziyarət olunub, xatirələri ehtiramla yad edilib.
Eyni zamanda 27 sentyabr - Anım Günü ərəfəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçuları Hüseynov Rəşad Rəhim oğlunun və Tağıyev Əli Azad oğlunun il mərasimləri keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimlərdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Daxili Qoşunlar Komandanının müavini – Şəxsi Heyət üzrə İdarənin rəisi general-mayor İnqilab Muradov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə şəhidlərin məzarları ziyarət edilərək xatirələri ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.
Mərasimlərdə 44 günlük haqq savaşımızda qazanılan tarixi qələbədən, qəhrəman Vətən şəhidlərinin keçdiyi şərəfli döyüş yolundan danışılıb, eləcə müharibə meydanında göstərdikləri şücaətlərdən qürurla söhbət açılıb. Məhz aparılan antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunduğu qeyd edilib. Şəhid ailələrinə, müharibə iştirakşılarına dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan bəhs olunaraq, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.
Sonra açılan ehsan süfrələrində canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda qurban vermiş bütün şəhidlərimizin əziz xatirələri yad edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi