"Kimisə müşavir gətirir, sonra ondan müdir düzəldirlər" - Komitə sədrindən sərt açıqlamalar
27-09-2024 [11:19]
“Sumqayıt” futbol klubunun oyunlarının keçirildiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qazın verilişinin məhdudlaşdırılması və isti su olmaması səbəbindən keçirilən matçlardan sonra istər ev sahiblərinin, istərsə də rəqib futbolçuların arenanın hamamından istifadə edə bilməmələri, futbolçuların soyuq su ilə yuyunmaları sosial şəbəkələrdə ciddi tənqidlə qarşılanıb.
Mia.az-ın məlumatına əsasən, problemin “Azəriqaz”a olan 100 min manat borcla əlaqəli olduğu açıqlansa da, məsələnin kökünü SOCAR-la əlaqələndirənlər dövlət şirkətinin sentyabrın 25-də Türkiyənin “Iğdır” klubuna sponsor olmasına diqqət çəkiblər. Bildirilib ki, milli klublarımıza sponsorluq edilsəydi, bu cür qaz problemləri də yaşanmazdı.
Mia.az-ın məlumatına görə, müzakirələrlə bağlı fikirlərini bölüşən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Pravda.az-a açıqlamasında deyib ki, “Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin tərkibindən çıxarılmalı, müstəqil quruma çevrilməlidir:
“Dəfələrlə “Azəriqaz”da gedən proseslər haqqında məlumat vermişəm. Stadionda qaz kəsilməsi də təəccüblü deyil. Xarici ölkələrdə olduğu kimi qazın satışı, təchizatı ilə əlaqədar bir neçə qurum yaradılmalıdır. Bu mənim fikrimdir. Amma “Azəriqaz” mütləq SOCAR-ın tərkibindən çıxarılmalıdır. Çünki qazı satanla hasil edən bir əldə ola bilməz. “Azəriqaz”ın özündə köklü dəyişikliklər edilməlidir. O demək deyil ki, kimisə müşavir gətirir, sonra ondan müdir düzəldirlər. Haşiyəyə çıxaraq demək istəyirəm ki, SOCAR-da kadr məsələləri böyük bir problemdir. Vəzifəyə gələn insanlar mütəxəssis deyillər. Nə vitse-prezidentlər, nə də şirkətin prezidenti. Ola bilsin ki, onlar çox güclü iqtisadçıdırlar, amma sahə üzrə mütəxəssis deyillər. Bu da məsələlərə böyük təsir edir. Nə qədər ki, peşəkar olmayan, bu sahədə işləməyən, ümumiyyətlə, anlayışı olmayan, sahə üzrə idarəetməni bilməyən insanlar var, bu problemlər də olacaq. Sadaladığım problemlər aradan götürülməyənə qədər proses belə də davam edəcək”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi