Sabiq deputatın dayısı və dayısının kürəkəni hakim qarşısında - "Qətlə yetirilən biznesmenin 100 mini hələ də tapılmayıb"
27-09-2024 [09:40]
Bakınının Sabunçu rayonunda modelyer Elnarə Bəkirovanın atasını öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Mustafa Zeynalovun qardaşı Əlisafa Zeynalov şahid qismində dindirilib.
Şahid, eyni zamanda Namiq Əliyevin keçmiş qaynatası olub. Əlisafa Zeynalov bildirib ki, hadisədən məlumatı olmayıb. O, hadisəni istintaq zamanı öyrənib:
“Hadisədən sonra məni zəng edib şöbəyə çağırdılar. Xəbər tutdum ki, hadisə zamanı müəyyən məbləğdə pul da yoxa çıxıb. Kürəkənimlə qızımın yaşadığı qaynanama məxsus evdə özüm axtarış keçirdim. Oradan 53 min manata yaxın pul aşkarladım və müvafiq qurumlara təhvil verdim. Onlar pulu gec aktlaşdırdılar. Lakin, mən polisə kömək etmişdim”.
Müdafiə vəkilləri cinayət vaxtına yaxın tarixdə – 14 apreldə pulun tapıldığı evin ipotekasının ödənilməməsinə görə hərraca çıxarılması faktına əsaslanaraq, şahiddən o məbləği ödəmək üçün vəsaiti necə əldə etdiyini soruşub. Bu zaman şahid bildirib ki, 30 min manatı rəsmi olaraq dostundan, qalan pulu isə banklardan borc alıb.
Daha sonra müdafiə tərəfi həmin borcun alınma tarixini soruşduqda məlum olub ki, borc hərracdan sonra – 17-19 aprel tarixində alınıb. Şahid bu ziddiyətə cavab olaraq deyib ki, hərraca pulu biznesindən borc olaraq götürüb və daha sonra geri ödəyib:
“İstintaqda bildirdiyim borcu həqiqətən də hərraca görə almışdım və o evi qaytarıb kiçik qızımın adına keçirdim. Amma hərracı özümdə olan pulla ödəmişdim. Kişiyəm mən, evimdə pul olur. Özüm də bizneslə məşğulam. Ordan götürüb ödədim. Daha sonra yerinə qoymaq məqsədi ilə digər borcları aldım. Sənədlərim də var ki, daha öncə özümə məxsus daşınmaz əmlaklar da satmışam. Yəni evimdə pul olması normaldır”.
Həmin sənədlərdə də əmlakların 2014-2015-ci illərdə satıldığı müəyyən edilib. Şahid pulun necə dəqiqləşdirildiyi bağlı verilən digər suallar “yadımda deyil” deyərək cavablandırıb. İfadədə yaranan ziddiyyətə görə zərərçəkmişin müdafiəçisi vəsatət qaldıraraq çıxış edib:
“Şahidin ifadəsindəki ziddiyyətlərlə əlaqədar məhkəmədən xahiş edirik ki, hadisəni araşdıran müvafiq qurum bu məsələyə yenidən baxsın. Əlisafa Zeynalov hərraca verdiyi 68 min manatı necə dəqiqləşdiridiyini tam ifadə edə bilmədi. Qətlə yetirilən Kamran Bəkirovun yoxa çıxan 300 min manatından 100 mini hələ də tapılmayıb. Biz düşünürük ki, bu pulu təqsirləndirilən şəxslərin qohumu evini xilas etmək üçün istifadə edib. Elə qətlin əsl səbəbi də həmin pul olub”.
İclas 17 oktyabr tarixinə təxirə salınıb.
Qeyd edək ki, ittihama görə, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində 1954-cü il təvəllüdlü Kamran Bəkirov qətlə yetirilib.
İstintaq sənədlərinə görə, ötən ilin aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.
Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.
Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər – əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.
İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır( Lent.az)
Onu da qeyd edək ki, mərhumun qızı E. Bəkirova atasını qətlə yetirən Mustafa Zeynalov "Kontakt home"un baş direktoru, millət vəkili Elnur Allahverdiyevin dayısıdır: "Qətldə təqsirləndirilən digər şəxs Namiq Əliyev isə Elnur Allahverdiyevin digər dayısının kürəkənidir".
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi