Komitə sədrinin qardaşı Novxanıda 4.5 milyonluq villa satdı

img

13-07-2014 [19:48]


Disaporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş rəhbəri Tağı İbrahimov villasını satıb.

Novxanıda yerləşən və dəyəri 4,5 milyon manat qiymətləndirilən villanın bir müddət öncə alğı-satqı müqaviləsinin imzalandığı bildirilir. Villanı tanınmış şəxslərdən birinin aldığı deyilsə də, yeni sahibin kimliyinə aydınlıq gətirilmir.

Xatırladaq ki, Tağı İbrahimov həm də məşhur iş adamı, "Avesta” Konserninin prezidenti və "Xəzər adaları” layihəsinin rəhbəri Hacı İbrahim Nehrəmlinin kiçik qardaşıdır(axar.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA