Ermənilərin gecə hücumunun qarşısını alan əsgərlərə mükafat verilib

img

13-07-2014 [18:58]


Bir neçə gün əvvəl cəbhə xəttində erməni tərəfi Azərbaycan postuna hücum edib. 

ANS PRESS-in Müdafiə Nazirliyinin rəsmi orqanı olan "Azərbaycan ordusu” qəzetinə istinadən məlumatına görə, Azərbaycan tərəfi hücumun qarşısını qətiyyətlə alıb. 

Post başçısı gizir Namiq Şıxəliyev hücum gününün dəqiq vaxtını açıqlamayıb. Lakin o, hücumun gecə 2-3 radələrində olduğunu deyib: "Müşahidə qurğusundan ətrafa baxanda gördüm ki, mövqeyimizə tərəf bir neçə erməni qulduru addımlayır və elə həmin an silahı o istiqamətə tuşlayıb atəş açdım". 

Gizir sonra "həyəcan” siqnalı verdiyini bildirib: "Mövqelərində ayıq-sayıq dayanan əsgərlərimiz düşmən üzərinə müxtəlif istiqamətlərdən güllə yağdırmağa başladılar. Erməni işğalçıları da mövqelərimizə atəş açırdılar. Sonda qarşımızda duruş gətirə bilməyən erməni işğalçıları geri çəkildilər".

Hadisə zamanı Azərbaycan tərəfindən ölən və yaralanan olmayıb. Erməni tərəfdən itki olub-olmadığı açıqlanmır.

Hücumun qarşısı alındıqdan sonra Azərbaycan tərəfi səhərə qədər növbəti hücumu gözləyib, lakin ermənilər daha gəlməyib.

Düşmən hücumunun qarşısını almış Azərbaycan əsgərlərinə təşəkkür elan edilib, onlara fəxri fərmanlar verilib, həmçinin döyüşdə fərqlənənlər məzuniyyətə göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA