«Xalqlar Dostluğu» yarmarkası və «Şərq» sarayının sahibi qanlı dava saldı, polis susdu

img

13-07-2014 [14:32]


Təxminən 10 gün bundan əvvəl Bakı şəhərində baş verən qanlı hadisənin təfərrüfatları aydın olub.

 Mia.az Azinform.az-a istinadən xəbər verir ki, «Xalqlar Dostluğu» yarmarkasının sahibi olan  İman adlı tanınmış iş adamı qanlı davadan canını qurtara bilsə , onun mühafizəçilərindən biri polisə, vurduğu adam isə xəstəxanalıq olub: «İman bu xoşagəlməz halla 8 km qəsəbəsi, Nəsimi küçəsi 2404 ünvanında yerləşən  və özünə məxsus olduğu deyilən «Şərq Saray» restoranın yaxınlığıda üzləşib. Belə ki, o, «Şərq» sarayının yanında obyekt yiyələrindən birinin tikinti apardığını görüb. Ətrafında olan mühafizəçilərlə həmin yerə yaxınlaşıb, etirazını bildirib. Mübahisə zəminində qarşı tərəfi təmsil edənlərdən biri İmanın üstünə hücum çəkərək əl-qol atmağa başlayıb. İmanın mühafizə xidmətinin rəhbəri qorxusundan heç bir hərəkət edə bilməyib. Ancaq mühafizəcilərdən biri biznesmenə hücüm çəkənə ağır xəsarət yetirməyi bacarıb. Vəziyyət o qədər ciddi hal alıb ki, İmanın mühafizəçisi polis bölməsinə, onun xəsarət yetirdiyi şəxs isə xəstəxanaya aparılıb».

 Məlumata görə, İman tez bir zamanda məsələni «yoluna» qoya bilib». Yəni belə çıxıb ki, biznesmen polisləri həkimləri ələ alaraq, hadisəni ört-basdır edə bilib.

 Məlumatda o da vurğulanır ki, bu hadisədən sonra İman davada fəallıq göstərən mühafizəçini xidmət rəisi təyin edib. Əvvəlki xidmət rəisini isə işdən uzaqlaşdırıb.

Maraqlıdır ki, baş verən bu hadisə barədə hüquq — mühafizə orqanları tərəfindən ictimaiyyətə heç bir məlumat verilməyib. Görəsən, niyə? Bəlkə həqiqətən polis ələ alınıb? Yəqin Daxili İşlər Nazirliyi olayla bağlı araşdırma aparacaq.

 Adları çəkilən şəxsləri də dinləməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA