Hikmət Babaoğlu, Tahir Mirkişil, Bəxtiyar Əliyev, Sevinc Fətəliyeva... - Onlar vəzifələrini itirdi (SİYAHI)
23-09-2024 [14:10]
VII çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında komitələrin sədrləri və müavinləri seçilib.
Mia.az xəbər verir ki, yeni seçkilər bəzi komitələrdə dəyişikliklərə səbəb olub. Belə ki, VI çağırışda komitə sədri və ya müavin vəzifəsini tutan bəzi parlamentarlar bu dəfə həmin postdan kənarda qalıblar.
Ziyafət Əsgərov Milli Məclis sədrinin müavini seçildiyindən ona Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri vəzifəsi də həvalə olunmayıb. Komitə sədri vəzifəsinə Arzu Nağıyev seçilib.
Ötən çağırışda bu komitənin sədr müavini olmuş Hikmət Babaoğlu (Məmmədov) bu dəfə sıravi deputat kimi fəaliyyət göstərəcək. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müaviniliyini Qüdrət Həsənquliyev edəcək.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilini bu vəzifədə Azər Əmiraslanov əvəz edib. Bu komitənin sədri müavini olmuş Əli Məsimli də yenidən görəvləndirilməyib. Əvəzində Azər Badamov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində sədrin müavini seçilib.
Aqrar siyasət komitəsinə də yeni sədr müavini seçilib. Razi Nurullayev bu postda Sabir Hacıyevi əvəz edib. S.Hacıyev sıravi deputat olacaq.
Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızını ilk dəfə parlamentə seçilən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev əvəzləyib.
Nurlan Həsənov Regional məsələlər komitəsində yeni sədr müavini olub. Ötən parlamentdə Regional məsələlər komitəsində sədr müavini olmuş Elşən Musayev vəzifəsini qoruya bilib. O, bu dəfə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində sədrə müavinlik edəcək.
Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev əvvəlki vəzifəsini itirib. Onun yerinə Anar İskəndərli seçilib. Elm və təhsil komitəsində sədr müavini də dəyişib. Bu posta ilk dəfə mandat qazanmış Fariz İsmayılov gətirilib. Komitə sədrinin əvvəlki müavini Musa Qasımli vitse-spiker seçildiyindən ona iki vəzifə həvalə olunmayıb.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində də dəyişiklik olub. Sevinc Fətəliyeva bu dəfə komitə sədrinin müavini seçilə bilməyib. Onun yerinə bu vəzifə Nigar Arpadaraiyə qismət olub.
Mədəniyyət komitəsində həm sədr, həm də sədr müavini yenilənib. Polad Bülbüloğlu sədr, Günay Əfəndiyeva sədr müavini olub. Əvəzində Ülviyyə Həmzəyeva sədr müavini vəzifəsini itirib. Keçmiş sədr Fazil Mustafa isə İctimai birliklər və dini qurumlar komitəsinin sədri vəzifəsinə aparılıb.
Gənclər və idman komitəsinə yeni sədr və müavin seçilib. Şahin İsmayılov sədr, Könül Nurullayeva müavin olub. Keçmiş sədr Adil Əliyev və eks-müavin Mahir Abbaszadə ümumiyyətlə deputat seçilməyiblər.
İnsan hüquqları komitəsində də yeni müavin var – ilk dəfə mandat əldə edən Arzuxan Əlizadə. Keçmiş sədr müavini Tahir Kərimli bu dəfə heç sıravi deputat da ola bilməyib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsindəki dəyişiklik sədr müavini ilə bağldır. Belə ki, Asim Mollazadə bu dəfə sədr müavinliyindən kənarda qalıb. Əvəzində onun yerinə Fatma Yıldırım seçilib(Modern).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi