Alman mətbuatı: “Onlar tarixə sülhün böyük qurucuları kimi də düşə bilər” - “İlham Əliyev və Nikol Paşinyan yenidən Berlində görüşəcək?”
22-09-2024 [09:28]
Almaniyanın nüfuzlu nəşrlərindən olan “berliner-zeitung.de” saytında Thomas Fasbender “Armenien und Aserbaidschan vor der Chance eines großen Friedens” (Ermənistan və Azərbaycan böyük sülh şansı ilə qarşı-qarşıyadır) adlı məqalə ilə çıxış edib.
Almaniya və almandilli mətbuatda Azərbaycan və Ermənistan haqqında arada-sırada nəsə yazırlar. Ona görə də bu məqalə diqqətə layiqdir.
Müəllif yazır ki, Azərbaycana qarşı ittihamlar mətbuatda ciddi şəkildə işıqlandırılıb. Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Avropa Şurası, beynəlxalq təşkilatlar və QHT-lər narahatlıq və xəbərdarlıqlarını ifadə etdilər. Bölgəyə istintaq komissiyaları göndərilib. Buna baxmayaraq, rəsmi Bakı beynəlxalq qurumların qarşısına çıxarılmayıb. Əksinə, bölgədə sakitlik gözlənildiyindən də tez bərpa olunub:
“De-fakto 2020 və 2023-cü illərdə baş vermiş iki müharibə (təəsüf ki, müəllif 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərini də müharibə kimi təsnif edir - red.) ilə Azərbaycan Qərbin milyardlarla dəstəyi və siyasi tərəfdarlığı ilə Ukraynanın 2014-cü ildən bəri boş yerə mübarizə apardığı şeyə nail oldu: Belə ki, 1991-ci ilin sonunda SSRİ-nin dağılmasından sonra beynəlxalq hüquqla tanınan sərhədlər daxilində öz milli suverenliyini bərpa etdi.
Azərbaycan postsovet dövründə ilk dəfədir ki, bütün ərazisi üzərində öz suverenliyinə nail olub. Birinci Qarabağ müharibəsi 1988-ci ildə, Sovet İttifaqı dağılmadan əvvəl Sovet ölkəsində vətəndaş müharibəsi kimi başlayıb. 1994-cü ildə müharibə başa çatdıqdan sonra Azərbaycan ərazisinin böyük bir hissəsi (Ermənistan) ermənilərin və Qarabağ ermənilərinin işğalı altına düşdü”.
Thomas Fasbender yazır ki, qarşılıqlı qovulmalar, talanlar, mədəni sərvətlərin təhqir edilməsi və digər cinayətlər Ermənistan - Azərbaycan münasibətlərində XIX əsrdən bəri müşahidə olunur. Azərbaycan - Ermənistan münasibətlərinin Franko-Alman və ya Alman-Polşa münasibətlərinin toksikliyi ilə müqayisəsində elə bir mübaliğə yoxdur.
Sovet İttifaqının dağılmasından sonra ilk dəfə olaraq indi hər iki xalq öz qonşuluq münasibətlərini beynəlxalq hüquqla tanınan sərhədlər çərçivəsində yenidən təşkil etmək imkanı əldə edib. Bakı və İrəvan hökumətləri bunun fərqindədir. Dialoq yoldadır. İki ölkə arasında dövlət təhlükəsizlik orqanlarının rəhbərləri ilə yanaşı, baş nazirin müavinləri, xarici işlər nazirlikləri, xarici siyasət məsələləri üzrə baş müşavirlər səviyyəsində də əlaqələr mövcuddur.
Hökumət nümayəndələri indiyədək yeddi dəfə görüşüblər. Tərəflərin verdiyi bəyanatlar onu deməyə əsas verir ki, Avropa İttifaq və ABŞ-ın iştirakı olmadan keçirilmiş ikitərəfli format effektivdir. Berlində yenidən daha bir belə görüşün tezliklə keçiriləcəyi deyilir. Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında qeyri-rəsmi dialoqa da təminat verildiyi ehtimal olunur.
Noyabrda Bakıda keçiriləcək COP29 konfransına qədər tərəflər arasında sülh sazişinin imzalana biləcəyi hələ də bəlli deyil. Artıq diplomatik münasibətlərin qurulması danışıqlarda müzakirə olunur:
“İndi sülh hər iki tərəfin böyüklüyündən asılıdır. Ermənistan "Dağlıq Qarabağ"ın məğlubiyyətinə və itkisinə görə özünü bağışlaya bilərmi? Azərbaycan öz zəfərini təvazökarlıqla yaşaya bilərmi? Hər iki siyasi lider tarixə böyük sülhün qurucuları kimi – yaxud tarixi fürsəti əldən verənlər kimi düşə bilərlər”.
Onu da unutmayaq ki, Fransadan fərqli olaraq, Almaniya erməni məsələsində Azərbaycana xeyli rəğbətlə yanaşır. Yəni Berlində yeni bir görüşün baş tutması Azərbaycanın xeyrinə olardı.
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderləri bu ilin fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun vasitəçiliyi ilə bir araya gəlmişdi.
Elbəyi HƏSƏNLİ, SÜRİX
MIA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi