NATO Baş katibindən vidasayağı bəyanat: “Biz Putinə başa sala bilərik ki..."
20-09-2024 [00:17]
NATO-nun baş katibi Yens Stoltenberq oktyabrın 1-də vəzifəsini Niderlandın keçmiş baş naziri Mark Rutteyə təhvil vermədən vida nitqindən maraqlı mesajlar verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, NATO-nun baş katibi istər qurumda, istərsə də dünyada baş verən olaylara toxunub.
O, dünyada sülhün təmini üçün onun bədəli olduğunu qeyd edib: "İlk növbədə, biz sülhün bədəlini ödəməyə hazır olmalıyıq. Nə qədər çox pul olsa, müdafiəmiz nə qədər güclü olsa, çəkindirmə gücümüz bir o qədər təsirli olarsa, təhlükəsizliyimiz də bir o qədər etibarlıdır".
Stoltenberq bildirib ki, üzv ölkələr ÜDM-in ın az 2 faizinin müdafiəyə ayırması da kifayət deyil: "Müttəfiqlər qarşıdakı illərdə güclü olmaaq üçün ÜDM-in 2 faizindən çoxunu müdafiəyə xərcləməli olacaqlar".
Stoltenberq Çin və Rusiyadan enerji və digər sahələrdəki aslılığı bir daha təkrarlanmamalı olduğunu deyib: "Bir daha belə səhvə yol verilməməlidir. Əlbəttə ki, biz Çinlə əlaqələrimizi davam etdirəcəyik, lakin biz uzunmüddətli təhlükəsizlik ehtiyacları üçün qısamüddətli iqtisadi maraqları alverə çevirməməliyik”.
Ukraynadakı savaşa da toxunan Baş katibin sözlərinə görə, birgə səylərlə Putini dayandırmaq mümkündür: “Biz Putinə başa sala bilərik ki, o, istədiyini zorla əldə edə bilməz. Biz hamımız istəyirik ki, bu müharibə bitsin. Müharibəyə son qoymağın ən tez yolu onu uduzmaqdırr. Amma əmin olun ki, bu Ukraynaya, dünyaya sülh gətirməyəcək. Bu, Rusiya işğalını genişlədəcək. Bu gün Putin inanır ki, o, öz məqsədlərinə çata bilər. Buna görə də o, amansız müharibəsini davam etdirir, mən Putinin fikrini dəyişdirə biləcəyimizə inanmıram, amma onun hesablamaların dəyişdirə biləcəyiməzə inanıram. Biz Ukraynaya daha çox silah verməklə, ona istədiyini zorla qəbul etdirə bilməyəcəyini göstərməliyik".
Stoltenberq Rusiyanın gələcək sülh danışıqlarında tıərəf olacağını xüsusi vurğulayıb və deyib ki, Putini masaya gətirmək və hesablaşdırmaq üçün Ukraynanın təhlükəsizliyi üst səviyyədə saxlanılmalıdır: "Avropada stabil Ukrayna olmadan davamlı təhlükəsizlik ola bilməz. Bunun üçün Ukrayna NATO-ya üzv olmalıdır. Bu olmaan orada daimi təhlükəsizlik ola bilməz".
Baş katib daha sonra NATO çatısı altındakı ölkələrin təhlükəsizliyijndən danışıb: "Bunun təkcə qaynaqlarla bağlı deyil, həm də coğrafiya ilə bağlıdır. Cənubda Türkiyə, Şimalda Norveç, Qərbdə isə ABŞ, Kanada və İngiltərə olmadan Avropa qitəsinin təhlükəsizliyini proqnozlaşdırmaq mümkün deyil".
Lamiyə ƏHMƏDLİ
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi