LİVAN QAN ÇANAĞINA DÖNƏCƏK: İran və Hizbulah böyük təhlükə ilə üz-üzədir - Bəs Türkiyə nə edəcək?
20-09-2024 [00:09]
2023-cü il oktyabrın 8-dən İsrail-Livan sərhədində davam edən lokal toqquşmalar artıq geniş və açıq müharibənin bir addımlığına çatıb. İsrail son 2 gündə sərhədə 20 mindən çox əlavə mobil komanda birlikləri toplayıb. Bu gün isə İsrail Livanla savaş planını təsdiqləyib, ölkəni qırıcılarla bombalayır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, üstəlik, Livandakı Hizbullah ünsürlərinin əvvəlcə peycerləri, sonra ratasiyaları sıradan çıxaırlıb. Bir sözlə, İsrail bir güllə də atmadan Livanda xeyli insanın ölümünə, minlərlə insanın yaralanmasına səbəb olmaqla, ölkəni daxildən də tədirgin vəziyyətə gətirib.
Maraqlıdır, bir ilə yaxındır Qəzzanı vuran İsrailin müharibəni Livana daşıması bölgə üçün nə deməkdir? Livan müharibəsi Türkiyəyə necə təsir edəcək?
Mia.az-ın məlumatına görə, Təhlükəsizlik üzrə tanınmış şərhçi Abdulla Ağar İsrailin Livana ikigünlük kiberhücumları və oktyabrın 7-dən bəri barut çəlləyinə çevrilən bölgədəki son vəziyyəti Türkiyənin haber.com portalına şərh edib.
A.Ağarın sözlərinə görə, İsrail-Livan müharibəsindən daha çox, Livanı daxili qarşıdurma bitirə bilər: "Həm İran, həm də Hizbullah məlumkiber hücumdanb sonra bu dəfə mütləq ciddi nəsə etməlidir. Düşünürəm ki, onlar hazırda İsrailə necə, hansı dozada cavab verməyi müəyyən etməyə çalışırlar. Onlar üzləşdikləri təhlükənin fərqindədirlər. Həm İran, həm də “Hizbullah”, sözsüz ki, öz imkanları çərçivəsində İsrailə qarşı indiyədək apardığı "yıpratma" taktikasını uyğulamaq istəyir. Ancaq İsrail bunu bilir, o səbəbdən müxətlif hücumlarla onları güclü olduğu açıq savaş zonasına çəkməyə çalışır. Üstəlik, belə bir hal ollarsa, Hizbullahı, dolayısı ilə İranı başqa bir çox böyük təhlükə gözləyəcək. İsraillə Livan arasında müharibə başlasa, düşünürəm ki, Livandakı sapı başqa əllərdə olan müxtəlif dini, etnik, məzhəbsəl qrupların münasibəti mühim olacaq. Bilirsiniz, Livan müxtəlif dinlər, məzhəblər və etnik strukturlardan ibarət mürəkkəb bir quruluşa malikdir. Oktyabrın 7-dən başlayaraq, Qərb o bölgəyə ciddi sursat toplayıb. Təbii ki, bunları öz tərəfdarlarının çatısı altına yığıblar. O səbəbdən, əgər açıq müharibə başlasa, Hizbullah təkcə İsraillə deyil, Livan daxilində bəzi qruplarla da üz-üzə döyüşməli olacaq. Düzdür, bəziləri iddia edir ki, İsrail Livana girsə, o qrupların vətənpərvərlik damarı, ruhu qabara bilər və sair. Mən bu ehtimalı çox da yüksək görmürəm. Əksinə, düşünürəm ki, o qruplar İsrailin maraqlarından bu savaşa qatılacaq. Və bu, Livanda, dolayısı ilə bölgədə böyük bir qırılma yaradacaq. Bəli, o halda Livanda vətəndaş müharibəsi ola bilər. Belə bir şey olarsa, ilk növbədə Suriya və bütün bölgə ölkələri də bundan nəsibini alacaq".
Ekspert Suriyadakı mövcud vəziyyətə toxunub. Qeyd edib ki, Livanda da oxşar vəziyyət yaransa, o zaman təkcə böyük köç bütün bölgə ölkələrini çətin vəziyyətə gətirəcək: "Bölgədə illərlə davam edəcək qeyri-sabitlik yaranacaq. bu, təbii ki, Türkiyəyə də təsirsiz ötüşməyəcək. Suriyada vətəndaş müharibəsinin Türkiyə təsirinə baxın, bura indi Livan və Qəzza ilə inteqrasiya olunmuş və İsrailin böyük güc sərf edəcəyi də müharibəni də əlavə etsək, çox təhlükəli hadisələr cərəyən edə bilər. Məsələn, bölgədəki müsəlman ölkələrinin daxilindəki məzhəblər fəallaşacaq, yerlərdə düşmənçilik və qruplar farası qanlı toqquşmalar məcradan çıxacaq. Maraqlı dövlətlər məhz bu qrupların əli ilə bölgəəy girəcək. Bir sözlə, bölhgə fəlakətin astanasında olacaq çox riskli bir foto ilə özünü göstərəcək".
Abdullah Ağar deyir ki, İran və Hizbullah İsrailin məqsədini bilir: "Diqqət etsəniz, görərsiniz ki, İran və Hizbullah İsrailin onları bundan əvvəl bir neçə dəfə geniş savaşa çəkmək cəhdindən yayındı. Hətta Hizbullah məsul liderlərindən olan Fuad Şükürün, İran isə Tehranda öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmail Haniyənin qətlini unutdurmağa çalışmaqla, savaşın bölgəyə yayyılmasını əngəlləmək niyyəti güddülər. Ancaq İran və Hizbullah buna can atarkən kiberhücumlar baş verdi. Bu hadisə o qədər çox böyükdür ki... Təsəvvür edin, qadınlarınızın, uşaqlarınızın, əsgərlərinizin barmaqları kəsilib, gözləri kor olub. Hizbullah indi nəsə etməlidir. Reputasiyasına, nüfuzuna, bazasına, döyüşçülərinə, varlığını qorumaq naminə, geosiyasi hesablamalara görə bu dəfə mütləq bir şey etməlidir. Ancaq bunu elə etməlidir ki, İsrailin planını həyata keçirməyə bəhanə verilməsin. Yəni, İsrailə Hizbullaha və İrana birbaşa genişmiqyaslı müharibəyə əsas verməməlidir. israilin məqsədi budur ki, qarşı tərəfdən elə bir həmlə olsun ki, bunu bəhanə edib Livana girsin, İranı vursun.
Bu səbəbdən İran və Hizbulllahın İsrailə cavabı 100 dəfə ölçülüb-biçilməlidir. Əlbəttə, bu, çox çətindir. İsrail isə İran və Hizbullahı durmadan müharibəyə cəlb etmək üçün fəaliyyət göstərir. Bu kiberhücumlar da manipulyativ idi. İsrail Hizbullah və İranın ona hücum etməsini istəyir. Bu, baş verərsə, İsrail növbəti hücumuna beynəlxalq aləmdə haqq qazandırılacaq. Netanyahuya bu saat bu, lazımdır, Çünki bu yolla o, sağ qala biləcək".
Ekspertin sözlərinə görə, İsraili yalnız ABŞ dayandıra bilər, amma o da bunu etmir: "Onun yanında olmadığını, lakin onu dəstəkləməyə davam etdiyini deyir. İsrailə silah və texnika verənlər bu dəstəyi dayandırsa, İsrail də dayanacaq. Ancaq onlar İsraili dəstəkləməyə davam edirlər".
Samir MUSAYEV
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi