Əhəd Abıyevin oğlu 9-cu mərtəbədən yıxıldı-yenilənib

img

12-07-2014 [13:51]


Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin 17 yaşlı oğlu Türkiyədə 9 mərtəbəli binadan yıxılıb.

publika.az-ın əldə etdiyi məlumata görə, hadisə bu yaxınlarda Türkiyədəki otellərdən birində baş verib. Belə ki, icra başçısı Ə.Abıyev oğlunugözündən müalicə olunması üçün Türkiyəyə aparıb. İcra başçısının oğlu isə Türkiyədə qaldıqları otelin 9-cu mərtəbəsindən yıxılıb, ciddi xəsarət alıb.

*** 

Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev mətbuatda oğlunun Türkiyədəki otellərin birinin doqquzuncu mərtəbəsindən yıxılaraq ciddi xəsarət almasıyla bağlı xəbərlərə münasibət bildirib. İcra başçısı AzNews.az-a açıqlamasında deyib ki, oğlunu səhhətində heç bir problem yoxdur:

"Boş şeydir, cəfəngiyyatdır. Idmançı uşaqdır, sağlamlığında da heç bir problemi yoxdur. Hazırda Bakıdadır. Ümumiyyətlə Türkiyəyə müalicəyə getmək xəbəri də kökündən yanlışdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA