12-07-2014 [12:51]
Azərbaycana rəhbərlik etmiş (Azərbaycan SSR KP MK-nın13-cü birinci katibi - 1988-1990), 84 yaşlı eks-diplomat Əbdürrəhman Vəzirovun öz siyasi və diplomatik fəaliyyəti ilə bağlı "Mənim diplomatik xidmətim” adlı xatirələr kitabını yazıb. Azərbaycanda ictimaiyyətin geniş nəzərindən yayınan kitabda Vəzirov öz həyat yoluna işıq salıb və o zamankı sovet rəhbərliyi ilə münasibətlərini, qürbət ölkələrdə səfir kimi çalışarkən keçirdiyi görüşləri, mövcud ictimai-siyasi situasiyanı şərh edir.
Modern.az saytı Azərbaycanın sabiq rəhbərinin xatirələrini ixtisarla təqdim edir.
Əbdürrəhman Vəzirov kitabında ilk olaraq diplomat ixtisasına olan həvəsini və ailə üzvlərinin təkidi ilə Azərbaycan Sənaye Universitetinin energetik fakültəsinə daxil olması barədə yazır:
"Yeniyetmə vaxtlarımdan xarici siyasətlə maraqlanmışam. Qohumlarımdan biri məni "siyasət oğlan” deyə çağırırdı. İngilis dilini öyrənməyə, məşhur diplomatların və siyasətçilərin memuarlarını oxumağa başladım.
1947-ci ildə Bakının məşhur 160 nömrəli məktəbini (attestatda hamısı "5” idi və yalnız inşa yazısına görə "4” almışdım, o vaxt buna görə medal vermirdilər) bitirdim. Mən Moskva Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmağı düşünürdüm. Həmin il bu təhsil müəssisəsinin əməkdaşları Bakıdan abituriyent toplamağa gəlmişdilər. Sənədləri verdim, nəzərdə tutulan imtahanları verdim və müsahibədən sonra Beynəlxalq Münasibətlər İnstitutuna qəbul olundum. Moskvaya uçuş vaxtını dedilər. Oxumaq üçün paytaxta gedənlərə paylanılan isti paltonu evə gətirəndə ailə məşvərəti toplandı. Ailənin böyükləri məsləhət gördülər ki, nəslimizin çoxillik ənənəsini pozmayım və mühəndis təhsili alım. Və əlavə etdilər: "Yaxşı başın olsa, həmişə diplomat ola bilərsən, amma alınmasa, həmişə mühəndis ixtisasın köməyinə gələcək”.
Qəbul imtahanlarını verdiyim Azərbaycan Dövlət Universitetinin rəhbərliyinin icazəsi olmadan attestatım geri verilmirdi. Belə olan halda mən və Azərbaycan Dövlət Universitetinin rektoru Abdulla İsmayıl oğlu Qarayevlə şəxsi tanışlığı olan əmim Cəlil Rzayeviçlə onun qəbuluna getdik. O hər cəhdlə məni fikrimdən döndərməyə çalışırdı və attestatı əlimə verən anda hirsindən onu cırdı. Beləliklə mənim arzum ürəyimdə qaldı, amma 2009-cu ildə Moskva Beynəlxalq Münasibətlər İnstitutunu nəvəm Xəlil bitirdi.
Elə həmin il Azərbaycan dili üzrə imtahan verdim və Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) energetika fakültəsinin 1-ci kursuna daxil oldum”.
1952-ci ildə institutu bitirən Əbdürrəhman Vəzirov komsomolda daha sonra isə Kommunist Partiyası orqanlarında çalışmağa başlayır. Həmin dövrü böyük hərarətlə xatırlayan siyasətçi partiya orqanlarına gəlişi, Gəncə Şəhər Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi və Hindistanda diplomatik işə başlayan qədər tutduğu digər vəzifələri barədə danışır.
"Bütün 60-cı illəri ruslar demiş "zəngdən-zəngə” qədər Mərkəzi Komitənin Ümumxalq Komsomolunun katibi kimi çalışdım. Və həyatımın möhtəşəm mərhələsi ilə - komsomoldakı fəaliyyətimlə vidalaşmalı oldum. Partiyaya məni Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Partiya-Təşkilat işləri üzrə şöbə rəisinin 1-ci müavini Nikolay Aleksandroviç Petroviçev dəvət etdi.
O xəbər verdi ki, Azərbaycan Kommunist Partiyasının 1-ci katibi Heydər Əlirza oğlu Əliyev Mərkəzi Komitəyə müraciət edərək məni Bakıya göndərməyi və rəhbər vəzifəyə təyin olunmağımı xahiş edib.
1970-ci ilin yanvarında Moskva ətrafıbdakı "Barvixa” sanatoriyasında istirahət edən Heydər Əliyev mənə zəng etdi. Görüşdük, tanış olduq. O dedi ki, Azərbaycan MK Komsomolunun 1-ci katibi olarkən məni yadında saxlayıb. Mənim Bakıya qayıtmağımla bağlı mövqeyimi soruşdu. Cavab verdim ki, doğma respublikam üçün faydalı olmaq istəyirəm və etiraf etdim ki, onun mənfi hallara qarşı elan etdiyi mübarizəni dəstəkləyirəm.
Əliyev mənə mənə bir neçə post təklif etdi: Naxçıvan VilayətKommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Bakı Şəhər Kommunist Partiyası MK-nın 1-ci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Partiya Orqanları ilə iş üzrə şöbəsinin rəhbəri və respublikanın daxili işlər naziri. Bu təklifə cavab olaraq partiya orqanlarında təcrübəm ollmadığını nəzərə alıb, Sumqayıtda işləmək istədiyimi bildirdim. Bir tərəfdən respublika Kommunist Partiyası Mərkəzi Komitəsi komsomolunun 1-ci katibi olarkən bu şəhəri yaxşı tanıyırdım, həm də uzun illər atam bu şəhərin tikinti təşkilatlarının rəhbəri çalışmışdı.
Amma Əliyev Kirovabad (Gəncə) şəhərinin 1-ci katib olmağı təklif etdi.
Kirovabadın (Gəncə) 1-ci katibi olmağa razılıq verdikdən sonra şəhərin neqativləri, problemlərinin həlli üçün barədə kifayət qədər işlər gördüm. Kirovabadın (Gəncə) sosial-iqtisadi və mənəvi inkişafı üçün görülən işlərdən ötrü qürur duyuram. Bu şəhərdə keçirdiyim 4 ildən sonra yenidən Bakıya çağırıldım və Kommunist Partiyasının Sənaye-Nəqliyyat şöbəsinə rəhbər təyin olundum.
1975-ci il dekabrın 10-da Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 2-ci katibi Sergey Vasilyeviç Kozlov özünəməxsus istehzalı təbəssümlə məni yeni təyinatım münasibətilə təbrik etdi (SSRİ-nin Kəlküttədəki konsulluğunun rəhbəri) və dekabrın 15-ə qədər Mərkəzi Komitənin xaricdəki kadrlarla iş üzrə şöbəsinə yaxınlaşmağımı tapşırdı.
Sonralar Hindistanın Kəlküttə şəhərində konsul olarkən mənə danışırdılar ki, yerimə Kirovabad Şəhər Komitəsinin 1-ci katibi təyin olunan Əsgər Qəhrəman oğlu Məmmədov "Vəzirovun 1-ci katib kimi 4 il ərzində almadığı hər şeyi şəhərin müəssisə və qurumlarından ona verilməyəni tələb etmişdi”.
Ardı olacaq...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi