"Gürcüstan Azərbaycanla bağlı belə riskə getməz" - TƏHLİL
17-09-2024 [18:44]
Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstana səfər edib. Bu səfər indiki məqamda diqqət çəkir.
Paşinyan Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Görüş zamanı tərəflər arasında birdən çox məsələ müzakirə edilsə də, bizim üçün maraqlı olan üç məsələ var:
Ermənistan-Azərbaycan arasında sülh danışıqları;
Delimitasiya, demarkasiya prosesi;
Zəngəzur dəhlizi ətrafında gedən siyasi proseslər.
İ.Kobaxidze erməni həmkarı Nikol Paşinyanla görüşdən sonra keçirdiyi brifinqdə söyləyib ki, Gürcüstan Cənubi Qafqazda sabitliyi, sülh şəraitində birgəyaşayışı dəstəkləyir və regiondakı çağırışların həlli prosesində birgə səylərin artırılmasının vacibliyini qeyd edir.
Onun sözlərinə görə, Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesini, xüsusilə Ermənistan hakimiyyətinin qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq səylərini alqışlayır.
“Biz regionda sülhün və sabitliyin təmin olunmasında öz rolumuzu bacardıqca oynamağa hazırıq”, – İ.Kobaxidze vurğulayıb.
Aydın məsələdir, Gürcüstan iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını, müharibə vəziyyətinin sonlanmasını istəyir. Bununla belə, rəsmi Tbilisini narahat edən məqamlar da var. Söhbət Zəngəzur dəhlizinin açılmasından gedir.
Tbilisi dəhlizin açılmasına ehtiyatla yanaşır. Belə ki, dəhlizin açılması fonunda özünün kənarda qalacağını düşünən Gürcüstan narahatlığını vaxtaşırı üstüörtülü də olsa dilə gətirir. Mümkündür ki, bunu Ermənistan tərəfi də bilir.
Ehtimal ki, Paşinyan Gürcüstana səfəri zamanı dəhlizlə bağlı məsələni də gürcü həmkarı ilə müzakirə edib. Hətta İrəvan dəhlizin yol prinsipi ilə açılmasında Tbilisidən dəstək istəyə bilər. Paşinyan Gürcüstanın Bakıya təsir etmək imkanlarının olduğunu düşünür.
Tbilisinin Zəngəzur dəhlizi məsələsində müəyyən narahatlıqları olsa da, hesab edirəm, Ermənistanın bu istiqamətdəki cəhdləri nəticəsiz qalacaq. Çünki Bakı-Tbilisi əlaqələri yüksək səviyyədədir. Bundan başqa, Tbilisinin Bakıya təsir imkanlarından çox, Azərbaycanın Gürcüstana təsir imkanları var. Bu baxımdan Gürcüstan belə riskə getməz.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi