İcra başçısı bahalı CİP-də qəzaya düşdü - FOTOLAR

img

11-07-2014 [20:39]


Bakı-Qazax avtomagistralında qəza baş verib.


Dövlət yol polisindən verilən məlumata görə, "Toyota Land Cruiser” markalı avtomobil qəflətən idarəetməni itirərək dəmir dirəklərə dəyib. Nəticədə asfalt-beton örtüyünə, eləcə də dəmir qoruyuculara ziyan dəyib.


Məlumata əsasən xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb.


Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobil Kürdəmir rayon İcra Hakimiyyətinə məxsusdur, avtomobili icra başçısı Ceyhun Cəfərov özü idarə edirmiş./Oxu.az/


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA