Adil Əliyevin icra başçısı təyinatı "yeni era"nın anonsdur?
17-09-2024 [11:50]
Milli Məclisin sədr müavini Adil Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması çoxları üçün gözlənilməz oldu. Ona görə ki, indiyədək Milli Məclisin sədr müavinləri arasından səfir göndərilənlər olsa da, bu postda təmsil olunan şəxslərdən hansınınsa icra başçısı vəzifəsinə təyin edilməsi müşahidə edilməmişdi.
Odur ki, təcrübəli siyasətçi və dövlət adamı olan Adil Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi yerli idarəçilikdə yeni bir mərhələnin başlanğıcı ola bilər. Ümumiyyətlə, yerli idarəçiliyin belə mühüm vəzifələrdə çalışmış, korrupsiya və rüşvətxorluqda adı hallanmayan məmurlar tərəfindən həyata keçirilməsi hər zaman müsbət nəticə verib. Xüsusilə, hansısa rayonun rəhbərliyinə məhz qanunverici orqandan seçilən məmurun gətirilməsi artıq yerli idarəçiliyə yeni yanaşma tələb olunduğunu ortaya qoyur. Bu, həm də onu göstərir ki, köhnə “qaydalar”la yeni çağırışlara uyğunlaşmaq mümkün deyil. Bunun üçün hərtərəfli islahatlar həyata keçirilməlidir.
Görünən odur ki, Prezident İlham Əliyev hər bir kadrı təyin edərkən siyasi və iqtisadi islahatlarınvəhdət təşkil etməli olduğuna ciddi önəm verir. Yəni mərkəzi və yerli icra hakimiyyəti orqanlarında aparılan struktur islahatları yeni dövrün tələbidir. Bu tələblərin önündə isə vətəndaş məmnunluğunun artırılması dayanır. Burada isə o amil də nəzərə alınır ki, siyasətçilərin yerli idarəçiliyə cəlb olunması idarəçiliyin daha effektli həyata keçirilməsini təmin edə bilər.
Milli Məclisə seçkilərin nəticələrinin təsdiqlənməsindən sonra yerli icra hakimiyyətləri ilə bağlı növbəti islahatlarpaketinə start veriləcəyi gözlənilir.Azərbaycanda icra hakimiyyəti strukturunun ləğv ediləcəyi, əvəzində 14 iqtisadi rayon üzrə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılacağı haqda artıq bir ildən çoxdur ki, müzakirələr gedir. Ancaq belə fikirlər də var ki, icra hakimiyyətlərinin ləğvi və yeni strukturun quruluması üçün Konstitusiya dəyişikliyinə ehtiyac var. Çox böyük ehtimalla, Konstitusiya dəyişiklikləri bələdiyyə seçkiləri ilə eyni vaxtda keçirilə bilər. Yəni istənilən halda bu prosesin qarşıdakı bir ildə reallaşacağı ehtimalı böyükdür.
Əgər icra hakimiyyəti strukturu ləğv edilsə və əvəzində 14 iqtisadi rayon üzrə Prezidentin xüsusi nümayəndəlikləri yaradılacaqsa, o zaman həm siyasəti, həm də idarəetməni bilən kadrlara etimad göstərilə bilər. Bu mənada Milli Məclisin sədr müavini Adil Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması bu prosesin başlanğacı, ilk addım kimi dəyərləndirilə bilər. Bu, həm də Adil Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində nə qədər bacarıqlı olacağından asılıdır.
Əlbəttə, siyasət pillələrində Milli Məclisin sədr müavinliyinə qədər yüksəlmiş Adil Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də uğur qazanacağını söyləmək olar. Bu iddianın əsasını isə Adil Əliyevin deputat kimi təşəbbüslərinin uğurlu olması təşkil edir. Məsələn, onun şəhid ailələri və qazilərin qayğılarının həll edilməsi ilə məşğul olan YAŞAT Fondu ilə bağlı təşəbbüsü buna nümunədir. Bundan başqa, A.Əliyev dövlətin gənclər siyasətinin müəyyən edilməsi və həyata keçirilməsində iştirak edib və zəngin təcrübəsi var. Həmin təcrübə Adil Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində uğur qazanacağının ikinci təminatıdır.
Struktur və kadr islahatları bütüövlükdə ölkənin gələcəyini müəyyən edəcəyi üçün A.Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində uğurlu olması həm də dövlət maraqlarına uyğundur. İnanırıq ki, onun rəhbərliyi altında Suraxanıda “yeni inkişaf erası”nın başlanğıcı qoyulacaq.
Arzuman LOĞMANOĞLU
Sozcu.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi