11-07-2014 [18:00]
Baş nazirin keçmiş birinci müavini, "AzəRoss” Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun Rusiya Xalqları Assambleyasının toplantısında etdiyi çıxışdan sonra hədəfə gələcəyi şübhə doğurmurdu.
Qeyd edək ki, Abbas Abbasov toplantıda çıxışı zamanı SSRI-ni "doğma ölkə” adlandıraraq Sovet imperiyasının dağılmasına təəssüf etmişdi: "Biz bir dəfə doğma ölkəmizi dağıtmışıq. Çox təəssüf ki, SSRI adlı evimizi müxtəlif ”milli mənzillərə" böldük. Belə unikal bir ölkə bir də ələ düşməyəcək", - deyə o, vurğulamışdı. Abbas Abbasov daha sonra Rusiyada yaşayan azərbaycanlıları bu ölkəni qorumağa çağırmışdı: "Indi hamımızın məqsədi doğma Rusiyamızı qorumaq, onu inkişaf etdirməkdir”.
Azadliq.info bildirir ki, hazırda hakimiyyətin nəzarətində olan KİV-lərdə A.Abbasova qarşı sərt təbliğat kampaniyası aparılır.
O da xatırladılır ki, A.Abbasov hələ "Milyarderlər Ittifaqı” yarananda hakimiyyətin hədəfəinə tuş gəlmişdi. Onun Rusiyada yaşayan azərbaycanlılarla bağlı fəal iş aparması, Rusiyanın hakim dairəsindən dəstəklənməsi rəsmi Bakını narahat edirdi. Hakimiyyət A.Abbasova olan dəstəyi Rusiyanın mesajı kimi dəyərləndirirdi. Hazırda baş verənlər də Kremlin A.Abbasova növbəti jesti kimi qiymətləndirilir.
Millət vəkili Zahid Oruc hesab edir ki, SSRİ ilə bağlı səslənən fikirlər müəyyən dərəcədə başa düşüləndir. SSRİ-nin tərkibinə daxil olan dövlətlərin təbə və köləliklə yanaşı müəyyən inkişaf yolu da keçdiyini deyən Z.Oruc sayta açıqlamasında vurğulayıb ki, hazırda SSRİ-ni müstəqil dövlətlərə təhlükə kimi təqdim edəndə yaşlı nəsil bununla barışmır: «SSRİ Çörçillin dili ilə desək, «xışla inkişafa başlayan dövlət atom silahı ilə dünyaya təhdid etmə səviyyəsinə gəlib çatmışdı». SSRİ ilə bağlı fikirlər təkcə Abbas Abbasovdan səslənmir. Bir çox yaşlı insanlar o dövrdə yaşamağı özlərinə ağır saymırlar. Amma bu fikirlərin hansı kontekstdə səslənməsinə diqqət yetirmək lazımdır. Ona görə düşünürəm ki, Abbas Abbasovun həmin ifadəsinə Rusiyanın bəlli maraqları kontekstində yanaşanlar var. Amma hamı gözəl bilir ki, SSRİ Avropa Birliyi kimi dövlətləri bərabərhüquqlu şəkildə tərkibində birləşdirən, vahid valyutaya sahib təşkilat deyil. Ona görə «biz SSRİ-ni istəyirik» bəyanatını səsləndirənlər keçmiş sovet ərazilərinin yenidən işğalının tərəfdarı kimi görünürlər».
Z.Oruc bu baxımdan düşünür ki, A.Abbasov məsələyə özü aydınlıq gətirməlidir: «Heydər Əliyevin siyasi komandasında mühüm postda çalışmış Abbas Abbasov onun adıyla bağlı yaranan sualları, mövqeləri zamanında cavablandırmalıdır. Əks halda müxtəlif cür mövqelər, reaksiyalar ortada qalır və ictimai rəyə təsir edir. Hamı bilir ki, onun daşıdığı ideyalara, siyasi kursa sədaqəti var».
«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə bildirir ki, A.Abbasov bundan əvvəl də Rusiya ilə bağlı müəyyən xoş fikirlər səsləndirmişdi: «Abbas Abbasov Azərbaycanın gələcəyinin Rusiya ilə bağlı olduğu fikrini bundan əvvəl də söyləyib. Ona görə də hesab edirəm ki, Abbas Abbasovun söylədikləri bu istiqamətdə olan növbəti açıqlamadır. Amma rəsmi qəzetlərin ona qarşı elan etdiyi kampaniyaya gəlincə isə bu onu göstərir ki, hakimiyyət Rusiya ilə bağlı fikir söyləməyi özəlləşdirilmiş məsələ sayırlar. Ona görə də hakimiyyət Abbas Abbasovun özfəaliyyətini qəbul etmir"
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi