QADIN OLİQARXLARIMIZ… – Və xaricə daşınan talan olunmuş sərvətimiz – FOTOLAR
13-09-2024 [10:13]
Bu günlərdə mətbuatda dərc edilən məlumata görə, uzun illər Ailə, Qadın və Uşaq Məsələləri Üzrə Dövlət Komitəsinin sədri olmuş, hazırda isə yenidən deputat edilən Hicran Hüseynova uzaq Fransada, dəniz sahilində istirahət kompleksi tikdirir. Xəbərdə deyilir ki, H.Hüseynova və bacısı dəniz sahilindəki 5 milyon avroluq villanı sökdürərək, yerində öz yeni obyektini inşa etdirir.
Xəbərin yayılmasından bir həftəyə yaxın vaxt keçsə də, məmur-deputat xanım Hüseynova onu nə təsdiq, nə də təkzib edir. Susur. Azərbaycanda isə susmaq təkcə razılıq deyil, həm də saymazlıq, arxayınlıq, özündənrazılıq əlamətidir ki, bunun da tez-tez bizim bir çox “toxunulmaz” iri məmurlarımızın, nazirlərimizin, deputatlarımızın ifasında müşahidə edirik.

O da sirr deyil ki, bu adamları cəmiyyət, dövlət qarşısında hesabat vermək məsuliyyətindən azad edən hökumətdəki mövqeləri, əlaqələri və bütün bunların sayəsində topladıqları sərvət, var-dövlətdir…
Azərbaycanda sanballı varidat sahibi, hətta bəzilərinin “oliqarx” adlandırdıqları (əslində, oliqarx termini daha geniş mənaya malikdir) zərif cinsin nümayəndələri az deyil. Onları birləşdirən ümumi cəhət nadir hallarda özlərinin, əksər hallarda isə ərlərinin yüksək, gəlirli vəzifə sahibləri olması, onlar üçün büdcə vəsaitlərinin, ölkə sərvətlərinin əlçatanlığıdır…
Bu günlərdə Azərbaycanın pullarının talanması üzrə “ulduz” simalardan biri – Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın da ətrafında həm yerli, həm də xarici mətbuatda müxtəlif məlumatlar dolaşır. Britaniya məhkəməsi gah onun on milyonlarla dollarlıq əmlaklarını, bank hesablarını, qızıl-zinət əşyalarını müsadirə edir, gah qızıllarını qaytarır, gah qaytarmır, gah o məhkəmə-bu məhkəmə süründürür və sair.

Ortalıqda uçuşan on milyonlar, yüz milyonlar isə Azərbaycanın, sosial müavinətə möhtac qoyulan Azərbaycan vətəndaşının boğazından kəsilən, oğurlanan, talanan sərvətləridir.
Daha bir “oliqarx” xanım AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Əsgərova sayıla bilər. Rəsmən iş adamı hesab edilən, “Gazelli Group”-un sahibi, “Caspian Energy Club”ın İdarə Heyətinin üzvü və s. adlar daşıyan Z.Əsgərovanın 100 milyonlarla hesablanan kapitalının əsasını ərinin “qazandığı” pulların təşkil etdiyi çətin ki, kimdəsə şübhə doğurur.

Həmçinin, bu ailənin şirkətlərinin Gürcüstanda və digər xarici ölkələrdə tikintidən tutmuş bir çox digər sahələrə on milyonlar, yüz milyonlarla pul yatırdığına dair dəfələrlə məlumatlar yayılıb, sənədlər, sübutlar təqdim olunub.
Yaxud, olsun Milli Məclisin sabiq sədri Oqtay Əsədovun xanımı Zemfira Əsədovanın “biznesi”. Rusiyada onun adına “Arizarum Qrup” adlı şirkət yaradılıb. Eyni zamanda da Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiri olan bu xanımın Rusiyadakı böyük biznesi necə idarə etdiyi “heyrət doğurur”.

3 il əvvəl mətbuatda gedən məlumatlardan aydın oldu ki, Zemfira Əsədova həm də Moskvanın Bakı küçəsində yerləşən striptiz kluba sahibdir. Hətta Moskva polisinin “Kapriz” adlı həmin klubda narkotik alverinə qarşı xüsusi əməliyyat keçirdiyi də bildirildi. Bu klub Z.Əsədovanın adına olan “Arizarum Qrup”-un balansında olub. Həmçinin, ailənin Rusiya paytaxtında, Türkiyədə, Böyük Britaniyada, Almaniyada və s. ölkələrdə hər biri on milyonlarla ölçülən mülkləri, biznesləri barədə məlumatlar var.
Müvafiq dövlət qurumlarından heç kim yuxarıda sadaladığımız və sadalamadığımız bu cür “işgüzar” ailələrdən malik olduqları yüz milyonların mənbəyini soruşmayıb, onlara “gözün üstə qaşın var” deyən olmayıb – sanki belə də olmalı imiş…
İlkin kapitalı, “mayası” məmur ərlərinin bu millətdən taladığı pullar hesabına formalaşan “business women”-lərin siyahısını uzatdıqca uzatmaq olar. Bunları birləşdirən əsas amillərdən biri də ərlərinin, bəzi hallarda isə özlərinin(Hicran Hüseynova kimi-red.) burada “qazandıqları”nı xaricə daşımalarıdır. Bir sözlə, kişili-arvadlı – daşıyan-daşıyanadır…

Görünən həm də odur ki, iş pula, talançılığa, acgözlüyə, haramçılığa, tamahkarlığa gələndə bəzi xanımlarımız kişilərdən geri qalmır, hətta onları üstələyir...
Əlbəttə, hər bir ölkədə qadın iş adamlarının, milyonçuların olması yaxşı haldır. Bu, həmin cəmiyyətlərin inkişafından, müasirləşməsindən, hətta çiçəklənməsindən xəbər verir. Amma nə yazıq ki, bizim qadın milyonçularımız, “business women”-lərimiz də bu ölkədəki bir çox adlar, statuslar kimi süni və saxtadır…
Yəqin ki, nə vaxtsa Azərbaycanda da real, halal iş adamı olan qadınlar yetişəcək(Bəlkə də hazırda tək-tük də olsa belələri var). Ancaq bu, yalnız gerçək, monopoliyasız, məmur biznesinin at oynatmadığı, rüşvətsiz, azad bazar iqtisadiyyatı, normal gömrük-vergi sistemi, əlçatan bank sektoru, ədalətli məhkəmə, şəffaf hüquq-mühafizə sistemi və s. olanda olacaq. Azərbaycanda isə bütün bunları nə zaman görəcəyimizi nəinki siyasətçilər, ictimai xadimlər, iqtisadçılar, digər mütəxəssislər və sair, hətta bəzi xanımlarımızın tez-tez baş çəkdiyi falçılar da bilmir…
AzPolitika.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi