11-07-2014 [14:41]
Luqansk vilayəti üzrə azərbaycanlıların diaspor rəhbəri Rasim Uğurluyev APA-ya açıqlamasında bildirib ki, 1983-cü il təvəllüdlü, Azərbaycan vətəndaşı Mansurov Azər sərhəd Snejnoye şəhərində silahlılar tərəfindən girov götürülərək, işgəncə ilə öldürülüb. Onun müxtəlif bədən üzvləri, o cümlədən cinsiyyət orqanı kəsilərək öldürülüb.
Diaspor rəhbəri hadisənin təfərrüatını da danışıb: "Onun həmin şəhərdə bacanağı da yaşayır və bir neçə ticarət obyekti ilə yanaşı avtoyuma məntəqəsinin də sahibidir. Bacanağı baş verən hadisələrlə əlaqədar ailəsini Azərbaycana aparmaq üçün şəhəri tərk edəndə avtoyumaya nəzarət etməyi də Azərə tapşırıb. Azər də burda xeyli vaxtdır ki, bir rus qadınla qeyri-rəsmi nikahda yaşayırdı. Qohumları gedəndən sonra qadın Azərə təklif edib ki, basqınçılardan qorumaq üçün həmin obyekti onun, yaxud atasının adına keçirsin. Qadın bunu atasının hökumət əleyhinə olan silahlılar arasında nüfuzlu şəxs olması ilə izah edib. Azər isə obyektinin başqasına məxsus olduğunu əsas gətirərək, bundan imtina edib. Bu mübahisədən bir neçə gün sonra həmin qadının atası Azəri evinə qonaq çağırıb və silahlılarla birgə girov götürüb. Yaxınlıqdakı meşədə ona işgəncə verərək obyektlərin dəqiq siyahısını və sənədlərini tələb ediblər. O da imtina etdiyinə görə onu bərk döyərək bədəninin bəzi hissəsini, o cümlədən cinsiyyət orqanının kəsərək öldürüblər”.
R.Uğurluyev bildirib ki, onun meyiti Azərbaycanın Ukraynadakı səfirliyinin və bu ölkədəki azərbaycanlı iş adamlarının səyi nəticəsində silahlılardan alınaraq Azərbaycana göndərilib. A. Mansurov Tovuz rayonunda dəfn olunub: "Amma bu hadisədən sonra onun qohumlarının obyektləri də silahlılar tərəfindən qəsb olunub. İndi qohumları da Azərbaycandan Ukraynaya gələ bilmir”.
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında hadisə barədə məlumatlı olduğunu bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi