"Utanmırlar, fəhlənin puluyla büdcəyə qənaət edirlər" - Dəmiryolunda niyə fəhlələr ixtisara salınır? (Şikayət)
11-09-2024 [18:01]
"Naxçıvanda 50 nəfər dərmir yol işçisi "büdcəyə qənaət" adı ilə işdən çıxarılır. Onlar ixtisar olunacaqları ilə bağlı rəsmi xəbərdarlıq məktubu da alıblar. İxtisara salınanların hamısı fəhlə vəzifəsində çalışanlardır".
Mia.az-ın məlumatına görə, bu haqda “Gündəlik Naxçıvan”a ixtisara düşənlərin bir qrupu məlumat verib.
Ixtisara düşən fəhlələrdən Kamil Qurbanov deyir ki, “Naxçıvan Dəmir Yol” MMC bu qərarı onun üçün gözlənilməz olub: “Büdcəyə qənaətdirsə, niyə yalnız fəhlələri çıxarırlar? Utanmırlar, fəhlənin puluyla büdcəyə qənaət edirlər. Büdcəyə qənaət edəndirlərsə, bizdən 3-4 dəfə artıq maaş alanları çıxarsınlar. Kabinetdə oturanlar, adını yazdırıb, işə gəlməyən, müftə maaş alanları qalıb kənarda. Əziyyət çəkən, zülmlə çörək qazana fəhlələr işdən qovulur. Mənə də xəbərdarlıq məktubu verilib ki, müqavilənə xitam veriləcək. Soruşuruq ki, bəs necə dolanaq, deyirlər özünüzə başqa iş tapın. İş var ki, tapam da? Uzun illərdir burada işləyirəm. 4 nəfərlik ailədə işləyən bir nəfər mən idim. 420 manat maaşla çətinliklə dolanırdıq. Banka da borcumuz var. İndi nə edəcəyimizi bilmirik. 50-dən artıq fəhləni ixtisara salıblar. Hamısı da mənim kimi kasıb-kusubdur. Naxçıvanda işsizlik durmadan artır”.
Digər şikayətci Cavid Heydərov da ixtisara düşməsindən şikayətlənir: “Büdcədən ciblərinə pul axıtmaq üçün hər şeyə əl atırlar. Bizi çıxarıb, bizə çatacaq maaşı bir yolla mənimsəyəcəklər. Məqsəd budur. Elə ailə var ki, iki nəfər işləyən işdən çıxarılıb. Bir qardaş fəhlə, bir qardaş çilingər. Ailələri də böyükdür. Adamları çörəklə imtahana çəkirlər. Yalnız özlərini düşünürlər. İndi biz nə edək? Hardan iş tapaq. Naxçıvanda iş tapmaq müşkülə çevrilib. Çoxumuzun 50-dən yuxarı yaşımız var. Başqa yerə də gedə bilmirik. Şikayətimizə də baxan yoxdur”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi