"Ölü" "Neftçi"dən küməsi dağılmış yığmaya uzanan yol... - Millimiz niyə bu gündədir?
10-09-2024 [14:35]
Azərbaycan futbolunun başı nələr çəkir. 32 ildir eyni vəziyyətdir, səhvlər təkrarlanır, nəticələr çıxarılmır.
Milli komandadan tutmuş müxtəlif yaş qruplarında yığmalar məğlubiyyətə öyrəşib. Komandalarda müdafiə, hücum xətti bərbad gündədir, futbolçular 60-70 dəqiqə mübarizə apara bilirlər. Çünki bünövrə düzgün qoyulmayıb.
AFFA-nın əvvəlki rəhbərliyi kimi, yeniləri də səhv yoldadır. Futbol ictimaiyyəti, mütəxəssislər, jurnalistlər dəfələrlə mövcud vəziyyətə əsasən bildirirdilər ki, dünyanın ən yaxşı məşqçiləri Marçello Lippi, Yoaxim Löv də millimizə gətirilsə, uğur olmayacaq.
Azərbaycan yığmasını futbolçu kimi dünya çempionu Karlos Alberto Torres, məşqçi olaraq Avropa çempionu Berti Foqts, başqa ölkənin yığmasını qitə çempionatının final mərhələsinə daşıyan Canni De Byazi çalışdırsa da, seçmə komandamız yerində saydı, ekspertlərin fikirləri təsdiqini tapdı.
Milli komanda ölkəni təmsil edir, nüfuzu qaldırmaq üçün mühümdür. Futbolçularda vətənpərvərlik, himnə, bayrağa sevgi olmalıdır. Bunu dərk etməyəndə də milli uğursuzluqlara düçar olur.
AFFA-nın əvvəlki rəhbərliyi - Rövnəq Abdullayev, Elxan Məmmədovun çalışdığı ötən 15 ildə milyardlar dağıdıldı, kimlərinsə cibinə axdı, varlananlar da oldu: nəticədə futbolumuz bataqlığa düşdü, indi biabırçılıq davam edir.
AFFA-nın yeni prezidenti Rövşən Nəcəf milliyə əcnəbi məşqçi gətirməklə köhnələrin yolunu getdiyini, səhv etdiyini ortaya qoydu. Fakt odur ki, futbolumuzda belə seçimlər özünü doğrultmur, acı məğlubiyyətlərə gətirib çıxarıb. Strategiyasız, proqramsız, plansız Rövşən Nəcəf. 5 aydır AFFA İnkişaf Strategiyası "yazdırır".
Rövşən bəy, inciməyin "Neftçi"ni "ölü" vəziyyətində qoyub getdiniz, indi isə ölkə futbolu sizin ümidinizə qalıb.
Azərbaycan millisi İsveçlə Slovakiyla matçlarda aciz oyun nümayiş etdirərək, fiaskoya uğradı. Millidə intizamsızlıq, nizamsızlıq, sistemsizlik, özünəinamın olmaması, can yandırmamaq, futbolçularda xaraktersizlik aşkar göründü. Bunun ardından ölkə mediası iki hissəyə parçalanıb: Bir qrup jurnalist haqlı olaraq AFFA rəhbərliyini, milli komandanın futbolçularını, yeni baş məşqçi Fernando Santosu sərt tənqid, futbol qurumunun dəstək verdiyi media nümayəndələri isə federasiyanı, portuqaliyalı məşqçini müdafiə edir.
Axı, sağlam tənqid nə vaxtdan qəbahət sayılır? Anlamaq lazımdır ki, bunsuz inkişaf olmayacaq. AFFA-nın yeni prezidenti Rövşən Nəcəf media nümayəndələriylə görüşlərdə açıq şəkildə sağlam tənqidin tərəfdarı olduğunu bildirib.
Millinin son iki məğlubiyyəti azarkeşləri də bərk qəzəbləndirdi. Bəziləri AFFA rəhbərbərliyinin istefasını, milli komandanın ləğv olunmasını tələb etdi.
Yeni baş məşqçi Fernando Santosun indiki futbolçularla uğur qazanacağı inandırıcı deyil. İllərdir hamı bunu görür. Santuşa 2 milyon veriləcək. Gürcüstan millisini Avropa çempionatının final mərhələsinə daşıyan baş məşqçi Villi Sanyol isə 250-300 min avro alır. Santuş son məğlubiyyətin ardından utanaraq, gecə yata bilməyəcəyini demişdi.
AFFA rəhbərliyi, ən doğrusu, təzminatını verib Fernandu Santuşu yola salın, baş məşqçi postuna Qurban Qurbanovu gətirin:
Milyonları stadionlar, uşaq futbolu üçün, yerli məşqçilərin savadının artırılmasına sərf edin.
Millinin uğurlu çıxışı üçün ilk növbədə səviyyəli futbolçular lazımdır. Bu olmasa, qələbəni ağlınıza belə gətirmək əbəsdir. Millimiz ildə bir-iki dəfə qalib gələ bilir. Görürsünüz kİ, Avropa çempionu məşqçilər də yığmada uğursuzluqlarla üzləşib. Millinin heyətini açıqlayarkən Santuşun mətbuat önündə səsləndirdiyi pafoslu vətən, millət, bayraq sevdası da komandamıza kömək etmədi.
Futbolumuzun bilicisi Qurban Qurbanov milli komandaya əcnəbi mütəxəssis Santuşun təyinatı zamanı AFFA-nın İcraiyyə Komitəsinin toplantısında iştirak etməmişdi.
Azərbaycan futbolunun problemləri yalnız milli deyil. Futbolumuzun bünövrəsi düzgün qurulmayıb, demək olar ki, özül yoxdur. Bu olmayandan sonra hansı uğurlara ümid etmək olar? Ölkədə uşaq futbolu bərbad, iflic vəziyyətindədir. Azərbaycan futboluna bələd olan, klub səviyyəsində Avropada uğurlar qazanan "Qarabağ"ın baş məşqçisi, təcrübəli mütəxəssis Qurban Qurbanov da illərdir deyir ki, çox geridəyik, təməldən, sıfırdan başlamaq lazımdır. Ölkə futbolunda problemlər "n" qədərdir. Stadionlar, akademiyalar, peşəkar mütəxəssislər çatışmır.
R.Nəcəf, idarəçilikdə peşəkarlıq, ədalətli yanaşma, düzgünlük olmasa, inkişaf olmayacaq.
Avropa futbolunun inkişaf modeli seçilməlidir. Azərbaycanda işadamları futbola cəlb olunmalı, verginin müəyyən hissəsindən azad olunmalıdır.
SOCAR, AFFA prezidenti Rövşən Nəcəf, ölkə futbolunda hər kəsə məlum, uzun illər davam edən bəzi problemləri həll etməlisiniz. Kompleks halda təməldən başlamalısınız. İlk növbədə stadion, meydança çatışmazlıqları aradan qaldırılmalı, akademiyaların təməli qoyulmalıdır. Həmçinin cavan, perspektivli yerli məşqçilərin biliyinin, futbolçuların səviyyəsinin artırılması üçün xaricə göndərilməlidir. Klubların gələcəyi olan aşağı yaş qrupunda komandalar hər il bir neçə beynəlxalq turnirlərə qatılmalıdırlar. Perspektivli futbolçular dünyanın məşhur komandalarından "Real Madrid", "Mançester Siti", "Mançester Yunayted", "Barselona", "Ayaks", "Benfika" və digərlərinin akademiyalarına göndərilməlidirlər. Həmçinin, əcnəbi uşaq mütəxəssisləri ölkəyə gətirilməli, təcrübələrindən istifadə olunmalıdır.
Ötən ilin avqustunda "Barselona" Qırğızıstanın Calal-Abad şəhərində 29-cu akademiyasını açıb. Mərasimdə Qırğızıstan prezidenti Sadır Japarov, İspaniya klubunun prezidenti Joan Laporta, həmçinin keçmiş futbolçulardan Karles Puyol, Edqar Davids, Rivaldo iştirak edib. 200 uşaq "Barselona" akademiyasında yaşayıb, oxuyub, əcnəbi mütəxəssislərin rəhbərliyi altında futbolun sirlərini öyrənirlər. Həmçinin 2-3 min uşaq akademiyadan faydalana bilir.
Azərbaycanda da dünyanın məşhur klublarının akademiyası açılmalıdır.
Uşaq futboluna sərmayə qoyulmalı, regionlarda akademiyalar açılmalı, kütləvilik artırılmalı, yerli mütəxəssislər işlə təmin olunmalıdır.
AFFA rəhbərliyi - Rövşən Nəcəf, Sərxan Hacıyev, Elşad Nəsirov, Balakişi Qasımov, hara baxırsınız? Uşaq futbolu faicəvi, dilənçi vəziyyətindədir. 8-10 uşağa məşq üçün 1 top düşür, formalar da komandalara düzgün verilmir. AFFA rəhbərliyi, UEFA tərəfindən ayrılan toplar, geyimlər niyə ünvanına doğru çatdırılmır? Bunları kimlər mənimsəyir? AFFA-nın əvvəlki rəhbərliyinin dövründə də belə biabırçı vəziyyət idi.
AFFA, kurslarda 500 manat alıb, məşqçi lisenziyası verməklə iş bitmir. Bu gün uşaq futbolçuların hazırlığı üçün aylıq 100-150 manat pullu qrupların sayı artıb ki, burada yalnız imkanlı şəxslərin övladları məşq edə bilir, kasıbların uşaqları isə kənarda qalır. Bununla da ölkə futbolu daha ağır zərbə alır.
AFFA rəhbərliyi, Azərbaycan Premyer Liqasında 18-20 komanda mübarizə aparmalı, liqalarda şəffaflıq təmin olunmalıdır.
Anar Cəfərsoy
https://www.supersport.az/
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi