"SalamNews” və “İnteraz”ın rəhbəri hakkim qarşısına çıxarıldı - Nələr açıldı?
10-09-2024 [13:16]
"SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib.
Prosesdə şahid qismində dindirilən "İnteraz" TV-in operatoru işləmiş Ramil Həsənov deyib ki, çəkiliş zamanı alınan pulları şirkətə gətirib: "Pullar arasında xarici valyuta da var idi. O pullarla əməkhaqqılar verilirdi”.
Televiziyada mühasib işləmiş Sürəyya Məmmədova qeyd edib ki, işçilərə əməkhaqqının verilmə prosesində yaxından iştirak etməyib. Sonra hakim tərəfindən mühasibin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub: "İşlədiyim müddətdə kanala kənardan, bildirilməyən mənbədən 171 min və 219 min manat pul daxil olub".
Bundan əlavə "Salam News” informasiya agentliyi və “İnteraz”ın İT mütəxəssisi vəzifəsində çalışan Mircəlal Məmmədov deyib ki, əvvəl 800 manat, daha sonra isə 880 manat maaş alıb.
Maaşının bir qismi rəsmi, qalan hissəsi qeyri-rəsmi verilirmiş.
O, TV-nin rəhbəri Mətləb Bağırovun göstərişi əsasında dostu ilə pul götürməyə getdiyini deyib. Həmin pullar vasitəsi ilə onların əməkhaqqısı verilirmiş. Sözügedən vəsaitlər dollarla olub.
"Biz o pulları Rəna xanıma verirdik. Sonra pullar manata çevirilərək əməkhaqqılar verilirdi. Maaş çatan zaman ofisdə belə söhbətlər gedirdi ki, maaş pulları xarici ölkədən gəlir", - deyə şahid bildirib.
Məhkəmədə şahid qismində ifadə verən "Salam News" İnformasiya Agentliyində baş redaktor işləmiş Rəna Ələkbərova bildirib ki, maaşları əlbəəl veriblər:
“Əməkhaqqıların niyə əlbəəl verilməsini bilmirdim. Bu informasiya agentliyinin rəhbərliyinin göstərişi idi”.
Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov ötən il yanvarın 30-da həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb.
Ona Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və 213 (vergidən yayınma) və digər maddələri ilə ittiham irəli sürülüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi