Səlim Müslümovun kadrı TSEK-i bazara çevirib-FAKTLAR

img

11-07-2014 [13:09]


Bölgələrdə fəaliyyət göstərən bəzi Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz fəaliyyəti yerli sakinləri və təbii ki, ilk növbədə bu qurumların xidmətlərinə ehtiyacları olan əlil və xəstə vətəndaşları son dərəcə narahat edir.

Bu vətəndaşların kütləvi informasiya vasitələrinə ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlar və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair ətraflı məlumatlar təqdim olunur. Redaksiyamıza daxil olan şikayət məktublarında, fəaliyyətində daha çox neqativ halların müşahidə olunduğu bu tip müəssisələrdən biri kimi də məhz 30 saylı Cəlilabad TSEK təqdim olunur. Qeyd edək ki, mətbuat səhifələrində 30 saylı TSEK-in sədri Xoşbəxt Ağayevanın qanunsuz əməllərindən bəhs edən tənqidi materiallar mütəmadi olaraq dərc olunur. Buna baxmayaraq nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də digər aidiyyalı qurumlar tərəfindən bu islaholunmaz kadrın əməllərinə son qoyulması istiqamətində hələ də heç bir tədbir görülməmişdir.

Bir müddət əvvəl Xoşbəxt Ağayevaelə iş yerindəcə onun və tabeliyində olan əməkdaşların süründürməçiliyindən bezar olmuş xəstələrin qəzəbinə tuş gəlib. Şikayyətçilər TSEK sədrindən hansı səbəbdən komisiyadan keçirilərək əlillik dərəcələrini ala bilmədiklərinin səbəbin soruşublar. Mənəbələr bildirir ki, bu hadisədən bir qədər əvvəl Xoşbəxt Ağayevaxəstələrdən təxminən 20 nəfərdən artıq şəxsin iyun ayında komisiyadan keçirilərək, onlara əlillik dərəcəsi verəcəyini bildirmişdi. Bu dəfə isə TSEK sədri xəstələri son ümidlərindən də məhrum edərək onlara təxminən belə bir cavab vermişdi: "Mən nə edə bilərəm ki, nazirlikdə məndən hər bir xəstəlik sənədi üçün 1000 manat tələb edirlər?..”

Qeyd edək ki, hələ iyun ayında kütləvi informasiya vasitələrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bölgələrdə fəaliyyət göstərən TSEK-lərin işini yoxlamaq məqsədilə məxfi yoxlamalar keçiriləcəyi barədə xəbərlər dərc olunmuşdu. Həm də bu xəbər ətrafında ziddiyyətli məlumatlar da dolaşmaqda idi. Belə ki, bəzi mənbələr bu yoxlamaların daha çox "haqq-hesab” xarakteri daşıyacağını bildirsələr də, digərləri də bölgələrdən nazirliyin aparatına ünvanlanan vətəndaş şikayətləri əsasında bir neçə Tibbi-Sosial Ekspert Komissiyalarının sədrlərinin, o cümlədən Xoşbəxt Ağayevanında vəzifəsindən kənarlaşdırılacağının gözlənildiyini ehtimal edirdilər. Lakin göründüyü kimi bu ehtimallar özünü doğrultmadı. Bununla belə, dolaşan söz-söhbətlərdən kürkünə birə düşmüş TSEK sədri özünü sığortalamaq üçün müxtəlif üsullara da əl atır. Bəzi mənbələr xəbər verir ki, hal-hazırdaXoşbəxt Ağayeva TSEK-dən keçən xəstələrdən birbaşa pul alma riskini artıq başqalarının üzərinə qoyub. Belə ki, o, bu məqsədlər üçün hələlik Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin "xidmətindən” yararlanmağa üstünlük verir. Redaksiyamıza daxil olan məlumatlarda həmçinin qeyd olunur ki, hazırda 30 saylı TSEK sədri tərəfindən əlilliyə və xəstəliyə görə pensiyaya çıxmaq üçün qadınlardan 2000, kişilərdən isə 3000 manat məbləğində "ödəniş” alınması təyin edilib...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə hələ də bütün bu qanun pozuntularına göz yummaqda davam edir(Xalqxeber.Az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA