Ermənilər Kəlbəcərdə əsir götürülən azərbaycanlının fotolarını yaydılar - FOTOLAR

img

11-07-2014 [13:07]


Qondarma "DQR müdafiə nazirliyi” bu dəqiqələrdə iyulun 9-da Kəlbəcərdə əsir götürülən azərbaycanlının fotolarını yayıblar.

Virtualaz.org saytı xəbər verir ki, separatçı rejimin erməni KİV-lərinə ötürdüyü fotoda azərbaycanlı mülki şəxs təsvir olunub. Həmin şəxsin 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlu olduğunu yazır. Artıq erməni mətbuatı əsirin fotosunu da yayıb.

Erməni tərəfi iddia edir ki, Şahbaz Quliyevin Dağlıq Qarabağa keçən Azərbaycan kəşfiyyat-diversiya qrupunun üzvüdür.


Azərbaycan Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni mətbuatının iddiası araşdırılır.

Yaxın dəqiqələrdə bununla bağlı açıqlama veriləcək.

Xəbər verildiyi kimi erməni mənbələri iyulun 9-da Azərbaycanın kəşfiyyat-diversiya qrupunun işğal altında olan Kəlbəcər rayonuna daxil olduğunu, hətta oradan Ermənistanın Vardenis rayonuna keçdiyini xəbər veriblər.

Azərbaycan kəşfiyyatçılarının sərhədi keçməsi xəbərləri ilə bağlı Vardenis əhalisi arasında böyük panika yaranıb. Ermənistan ordusunun vertolyotları Vardenis üzərində uçuşlar keçirib. Ermənilər onu da bildirirdi ki, diversiya qrupunun bir üzvü Kəlbəcərdə saxlanılıb, qalanları qaçıblar.

Azərbaycan Müdafiə Nazirliyi isə ermənilərin bu məlumatlarını "yalan və təxribat” adlandıraraq Kəlbəcərdə azərbaycanlı hərbçinin, yaxud mülki şəxsin əsir götürüldüyünü təkzib etmişdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA