Oqtay Əsədov xaricə köçüb? - Sabiq spikerlə bağlı maraqlı iddialar yayıdı
06-09-2024 [09:21]
Milli Məclisin keçmiş sədri Oqtay Əsədovdan çoxdandır səs-soraq yoxdur.
Bir vaxtlar tutduğu vəzifəyə görə Azərbaycan Respublikasının 3-cü şəxsi olan cənab Əsədov son parlament seçkilərindən hələ xeyli əvvəl “kölgəyə” çəkilmişdi. Bu da səbəbsiz deyildi, Oqtay müəllim hakimiyyət komandasından, hakim Yeni Azərbaycan Partiyasından (YAP) bir qədər obrazlı desək, küsüb-incimişdi.
2020-ci ildə Milli Məclisin sədri kürsüsündən sıravi deputat kreslosuna düşürülən Oqtay Əsədovu mandat gəzdirdiyi son 4 ildə rəsmi tədbirlərdə də görmək olmurdu... Oqtay müəllim bəzən parlamentin iclaslarında da gözə dəymirdi.
Rubrikamız üçün Oqtay Əsədovun hazırda harada olduğunu öyrənməyə çalışdıq.
Əsədova yaxın deputatlardan əldə etdiyimiz məlumata görə, Oqtay müəllim hazırda Azərbaycanda deyil. Onun indi Türkiyədə olduğu bildirilib. Amma ora nə məqsədlə gedib, nə vaxt geri dönəcək, bu gediş həmişəlikdir ya yox, keçmiş həmkarları heç nə bilmirlər. Hətta onun telefon nömrələrini də dəyişdiyi, deputatların zənginə belə cavab vermədiyi qeyd edilib.
Əsədovun köməkçisi də onunla bağlı suallara cavab verə bilməyəcəyini vurğulayıb.
Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək (təxminən 15 il) Milli Məclisin sədri vəzifəsində çalışıb. Onun qısa bioqrafiyasına nəzər salaq.
Oqtay Sabir oğlu Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Maşınqayırma texnologiyası fakültəsini bitirib.
1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta, baş usta və sahə rəisi işləyib. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri Baş İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin “Azərsantexquraşdırma” Trestinin böyük texnoloqu, idarə rəisi, 1988–1996-cı illərdə “Azərsantexquraşdırma” Birliyinin rəisi olub. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin sədri, 2004–2005-ci illərdə “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti vəzifələrində çalışıb.
2000-ci ildə ikinci, 2005-ci ildə üçüncü, 2010-cu ildə dördüncü, 2015-ci ildə beşinci və 2020-ci ildə altıncı çağırış Milli Məclisinin deputatı olub. Həmin müddətdə 15 il Milli Məclisə rəhbərlik edib. İki dəfə Binəqədi rayonunun, 3 dəfə isə Abşeronun deputatı olub. Deputat kimi seçicilərinin problemləri və qayğıları ilə necə məşğul olub, vətəndaş qəbulları keçirib ya keçirməyib, bu haqda yəqin ki, həmin rayonların sakinləri daha düzgün məlumat verə bilərlər.
Oqtay Əsədovun vəzifə pilləsində enişi 2000-ci ildə keçirilən növbədənkənar parlament seçkisindən sonra başladı. Həmin ilin fevralında formalaşan altıncı çağırış Milli Məclisdə Əsədovu yenidən sədr postuna seçmədilər. Şübhəsiz ki, bu, cənab Əsədovun xətrinə dəydi. Parlament jurnalistlərinin dediyinə görə, sədarət kürsüsündə deyil, sıravi deputat kreslosunda əyləşməyi özünə rəva bilməyən Oqtay müəllim bəzən iclaslara, komitə toplantılarına qatılmırdı.
Oqtay Əsədov hakim komandadan növbəti zərbəni Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçrilən növbədənkənar VII qurultayında aldı. Həmin qurultayda onu nə YAP-ın İdarə Heyətinə daxil etdilər, nə də Veteranlar Şurasının tərkibinə saldılar.
Ətraflı
Ancaq bu da son olmadı. YAP Oqtay Əsədovun 1 sentyabr 2024-cü il tarixli növbədənkənar parlament seçkilərində iştirakını da məqbul saymadı və partiyanın İdarə Heyəti onun namizədliyini irəli sürmədi. Beləcə, keçmiş spiker Milli Məclisdən tamamilə kənarlaşdırıldı.
Hazırda sabiq deputat kimi təqaüddə olan Oqtay Əsədovun rəhbərlik etdiyi bir qurum var - Azərbaycan Tennis Federasiyası. O, 1995-ci ildə yaradılan bu federasiyaya 2004-cü ildən rəhbərlik edir. Sonuncu dəfə 31 avqust 2022-ci ildə keçirilən qurultayda Oqtay Əsədov növbəti 4 il müddətinə Azərbaycan Tennis Federasiyasnın prezidenti seçilib.
Mətbuat son illər parlamentin keçmiş sədrinin adını müxtəlif qalmaqallı məsələlərdə də hallandırır.
Onun Azərbaycandan başlamış Rusiya, Türkiyə və Böyük Britaniyaya qədər uzanan böyük biznesinin olduğu iddia edilir. İndi 69 yaşlı Əsədovun başının həmin biznesin idarə olunmasına qarışdığı söylənilir(Modern.Az)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi