10-07-2014 [19:26]
Yaxın Şərqdə hələ
də qarşıdurmalar, vətəndaş müharibəsi, terror yelləri əsməkdədir. Və dünyadakı
hər cür zərərli ünsürlər bu qarmaqarışıqlığa Azərbaycanı da sürükləmək üçün
dəridən-qabıqdan çıxırlar. Bu məqsədlə də insanların dini düşüncələri, ən
müqəddəs duyğuları üzərindən hərəkət edilir.
...Bugünlərdə
Sabirabadda baş vermiş saqqalqırxma olayı da bu sıradandır. İlk baxışdan olayın
bir təxribat olduğunu sezmək elə də çətin deyil. Amma anlaşılan odur ki, bu
təxribatı elə bir şəkildə düzənləyiblər ki, böyük bir kütlə əməlli-başlı "qəzəblənib”.
Yəni Azərbaycanın məsuliyyətsiz mediasını izləyən insanda belə bir təəssürat
yaranır. Halbuki ortada adi bir təxribat olayı vardı ki, hüquq mühafizə
orqanları da dərhal onu törədənləri zərərsizləşdirdi. Qalır olayın
əslini-astarını müəyyən etmək, onu da edəcəklər. Sözümüzsə, əslində, bunda
deyil.
Bu olaydan
hərəkət edərək bizi də məzhəb savaşlarına sürükləmək istəyən ünsürlərə və
onların ağalarına səslənmək zamanı gəlmişdir. Müqəddəs İslam dinini öz cılız
məqsədləri üçün istismar edən bu zavallıların bir qismi hələ də anlaya bilmir
ki, kimlərinsə əlində alətə çevriliblər. Onlardan bəziləri uzun saqqal buraxıb
şalvarını gödəltməklə özünə "vahabi”, bəziləri də İslam adına parodiya olan
İranın ardınca sürünərək "Əli ardıcılı” deyir, özlərindən başqa kimsəni qəbul
etmir. Bu azmış kimi digərlərini düşmən elan edir, onların qanını halal
buyurur. Öldürən də, öldürtən də, ölən də "Allahü əkbər” deyərək müsəlmanları
bir-birinə düşmən edir, parçalayır və əslində, şeytana qulluq edir. Amma
dindirsən deyəcəklər ki, biz Allahın buyurduğunu edirik. Gəl də bunlardan
soruşma ki, Allah sizə məgər qardaşlarınızla düşmən olmağımı buyurur? Yaxud da
dünyada bu qədər müsəlman zalımın zülmü altında inləməkdəykən qardaşınıza həyan
olacağınıza düşmənin dəyirmanına su tökməyi də Allahmı buyurur? Bu sualların
cavablarını, bəlkə də, o cahillərin özləri də yaxşı bilir. Amma bir baxırsan
ki, kor tutduğunu buraxmaz misalı bunlar da ən böyük düşmən olaraq İslamın
fərqli məzhəb və təriqətlərindən olanları görərlər. Və yenə də Allah adına,
Allahın buyurduğunu iddia edərək öz qardaşlarına güllə atar, müsəlman
dövlətlərində durmadan qanlar axmasına səbəb olarlar. Bu gün dünyada qanlar
içində boğulan ölkələr hansılardır? Xırda istisnalarla müsəlman yurdları! Misir,
Suriya, İraq, Liviya, Əfqanıstan,
İndi özünü
"İslam təəssübkeşi” kimi qələmə verən bu saqqallı, gödək şalvarlı, əmmaməli,
daha nə bilim nə geyimli, geyimsiz ünsürlərə deyəsən ki, əgər doğrudan da İslam
üçün can qoymağa, müsəlmana zülm edənə qarşı cihada belə ürəkdən bağlısansa,
göstər özünü! Məsələn, bu ünsürlər müsəlman torpağı olan Qarabağı işğal altında
tutan neçə erməni canisini cəzalandırıb? Yaxud da məscidlərdə adi bir namaz
qılması belə əngəllənən, sadəcə müsəlman olduğu üçün hər cür alçaldıcı
münasibətə məruz qalan uyğurların başına oyun gətirməyə davam edən zalım Çinə
qarşı nə edib bunlar? Bəs Həmasın atəş nöqtələrini susdurduğunu iddia edib də
Qəzzada çoluq-çocuğu öldürən İsrailə necə, bu "din təəssübkeşləri” bir şey
edibmi? İraqı, Əfqanıstanı işğal etdiyində müsəlman qadınlarının, qızlarının
namusuna təcavüz etmiş, hətta kişilərini belə alçaldaraq şəklini çəkib dünyaya
yaymış Amerika əsgərlərinin neçəsini bu "din təəssübkeşləri” öldürüb? Nəsə mən
bir şey eşitməmişəm bu barədə. Hər halda, mənim kimi məlumatlı birisi bunu
eşitməyibsə, deməli, ortada bir şey də yoxdur.
Bu yazımda məqsədim
heç də hansısa ölkəyə, hansısa xalqa qarşı terror çağırışı etmək deyil. Demək
istədiyim odur ki, özünü bu cür zərərli təriqətlərə - İslam adı altında
gizlənən və əslində, İslama ləkə olan cərəyanlara qapdırmış insanların ayılması
lazımdır. Şəhid olmaq, cihad etmək, kafirlərə, İslam düşmənlərinə qarşı
savaşmaq keçirsə ürəyinizdən, buyurun, Vətən torpaqlarını işğal altında tutmağa
davam edən Ermənistan çox da uzaqda deyil. Gedin dağıdın oranı! Altını üstünə
çevirin! Namusu tapdanmış, ləyaqətinə toxunulmuş müsəlman bacı və
qardaşlarımızın intiqamını alın! Alarsınızmı? Nəsə şübhəm var mənim.
Almazsınız! Çünki sizin boş beyinlərinizi dolduranlar elə proqramlaşdırıblar
ki, gedib Suriyada, İraqda İŞİDə, ən-Nusraya, Talibana, əl-Qaidəyə qoşulub
gerçək düşmənə deyil, öz din qardaşlarınıza güllə atırsınız və atarsınız.
Və Azərbaycanın məsuliyyətsiz mediası! Mən bu dünyada öz dövlətinə, öz xalqına bu qədər düşmən kəsilmiş media görmədim! Bir saqqal olayını haralara daşımadı daha bu media? Hətta iddia etdilər ki, 160 maşınlıq vahabi ordusu Sabirabada basqın edib qisas alırmış! İndi də görürəm ki, Şəkidə bir ziyarətgahın lövhəsi qopardılıb, onu da vahabilərin ziyarətgaha hücumu kimi qələmə verirlər! Ortada fakt-sübut olmadan. Bir də bu Müşfiqabad qəsəbəsində bir neçə cahilin qovğa çıxarması olayı var. Və bütün bunları sanki Ermənistan mediası yazırmış kimi yazır Azərbaycan mediası! Qızışdıraraq, şişirdərək, qaşınmayan yerdən qan çıxarmaq amacıyla!
Etməyin bunu, etməyin! Məgər gözü çıxan qardaşınız (İraq, Əfqanıstan, Suriya və s.) gözünüzün önündə deyilmi? Sizə Azərbaycanın da o günə düşməsimi lazımdır? Azərbaycan xoşgörülü, dünyəvi dövlətdir. Kim hansı dinə, təriqətə, məzhəbə qulluq etmək istəyirsə, şəxsi işidir. Amma başqalarını da zorla o təriqətlərə, məzhəblərə sürükləmək istəyənlər qarşılarında dövləti görəcəklər və görürlər də! Elə bu cür ünsürlərin xidmətində duran media qurumları da!Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi