10-07-2014 [16:29]
Sabiq səhiyyə naziri Əli İnsanovun şikayəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçirilən proses yekunlaşıb. Şikayətə hakim Elçin Məmmədovun sədrliyi ilə baxılıb.
Əli İnsanov həbsdə olduğu müddətdə pis rəftara və işgəncəyə məruz qaldığı iddiası ilə ədliyyə naziri Fikrət Məmmədovu və Penitensiar Xidməti məhkəməyə verib. Azərbaycan məhkəmələri şikayəti təmin etməsə də, Avropa İnsan Hüquqları Məhkəməsi Əli İnsanovun işgəncəyə məruz qalması faktını tanıyıb və bununla bağlı qərar qəbul edib. Ali Məhkəmə Avropa Məhkəməsinin qərarına uyğun olaraq sabiq nazirin işgəncəyə məruz qalmasının araşdırılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərib. Bakı Apellyasiya Məhkəməsi isə işə baxmaqdan imtina edərək onu 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ötürüb. Əli İnsanov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçirilən prosesdə iştirakdan imtina edib.
Hakim Elçin Məmmədov "Media forum” saytına deyib ki, məhkəmə Əli İnsanovun şikayəti üzrə iki qərardad qəbul edib: "Birinci qərardad şikayətin bir hissədə təmin olunmasının qeyri-mümkün sayılması və rədd edilməsi haqdadır. Vəzifəli şəxslərə qarşı iddianın təmin olunmasını qeyri-mümkün saymışam və rədd etmişəm. İkinci qərardad isə iddiaçının və vəkillərinin prosesdə iştirak etməməsinə görə şikayətə baxılmasının qeyri-mümkün sayılması haqdadır”.
Hakim bildirib ki, dəfələrlə bildirişlər göndərmələrinə baxmayaraq Əli İnsanov və vəkilləri məhkəmə proseslərində iştirakdan imtina ediblər: "Məhkəmə proseslərini bir neçə dəfə təxirə saldıq. İddiaçıya və vəkillərinə prosesdə iştirak etmək üçün rəsmi bildirişlər göndərdik. Amma məhkəməyə gəlmədilər. Onlar iştirak etmədiklərinə görə şikayətə baxılmasını qeyri-mümkün saymışıq”
Əli İnsanov və vəkilləri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin vəzifəli şəxslərə qarşı iddianın təmin edilməməsi qərardadı ilə razılaşmayıblar və Bakı Apellyasiya Məhkəməsinə şikayəti veriblər.
Sabiq nazir 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi