Hacı Şahindən “Hacı pivəsi” açıqlaması

img

10-07-2014 [15:33]


İslam dinində spirtli içkilər haram buyurulub. Dindarların alkoqolsuz "Hacı pivəsi” adı altında satışa çıxarılan içkini qəbul etmələri düzgündürmü? "Qafqazinfo” xəbər verir ki, bununla bağlı "Məşədi Dadaş” məscidinin imam camaatı, ilahiyyatçı Hacı Şahin Həsənli Aktual.az-a bildirib ki, bu içki bir çox müsəlman ölkələrində istehsal olunur və istifadə edilir: "Pivənin tərkibi arpa suyudur, spirti yoxdursa, şəriət alimləri onun içilməsini qadağan etmir. Bu cür pivə bir çox müsəlman ölkələrində istehsal olunur. Ancaq bilmirəm, nəyə görə ona "Hacı pivəsi” deyirlər. Şəriətin göstərişinə görə, içkidə alkoqol yoxdursa, istifadə etmək olar” .

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA