Azay Quliyevin müşahidəçisi ilə niyə dava olub? - Qalmaqallı fotonun müəllifi danışdı
02-09-2024 [12:29]
“8 saylı Binəqədi seçki dairəsinin 30 saylı məntəqəsində Müsavat Partiyasının üzvü, Birinci Qarabağ müharibəsində döyüş yoldaşım olmuş Mustafa Hacıbəylinin müşahidəçisi idim. İqtidar partiyasının müşahidəçisini boğmağım anidən oldu”.
Mia.az-ın məlumatına görə, bu sözləri Globalinfo.az-a keçmiş Milli Demokrat Bozqurt Partiyasının sədr müavini Eldar Tağıyev müşahidəçini boğması haqda danışarkən deyib.
O, mübahisənin saxtakarlıqla bağlı yaşandığını bildirib: “Mustafa Hacıbəyli Qarabağda döyüşüb. Milli Qəhrəman Albert Aqarunov M.Hacıbəylini yaralı halda mühasiərədən çıxarıb, lakin özü qayıdıb şəhid olub. İndi çoxu Mustafa bəyi tanımaya bilər. Amma o, Şuşanı ən son tərk edən döyüşçülərdən biridir. Mən onun Müsavat Partiyasının üzvü olduğu üçün yox, döyüş yoldaşım olduğu üçün müşahidəçisi olmuşam. Seçki məntəqəsində dava isə saxtakarlığa görə yarandı”.
Onun sözlərinə görə, siyahı yanlış təqdim olunub: “Saat 3-də seçicilərin gəlməsi ilə bağlı siyahı elan edilməli idi. Məndən soruşdular ki, neçə adam səs verib, dedim, 137 nəfər gəlib. Amma elan etdilər ki, guya 237 seçici gəlib, səs verib. Mən də iradımı bildirdim, hər şeyi dəqiqliyi ilə qeyd etdiyimi və saxtakarlığı kənara qoymağı təklif etdim. Məni yalan danışmaqda ittiham etdilər, “şərəfsiz” və s. kimi sözlərlə təhqir etməyə başladılar. Təsəvvür edin, onlar çox, mən tək. Orada elə bir söz dedilər ki, artıq özümdən çıxdım və olan oldu. Boğduğum adam isə VI çağırış Milli Məclis deputatı Azay Quliyenin müşahidəçisi idi”.
Eldar Tağıyev daha əvvəllər də müşahidəçi olduğunu qeyd edib: “Mən 1988-ci ildən bu hərəkatdayam. Özüm Birinci Qarabağ döyüşlərinin qazisiyəm. Milli Ordunun əsgəri olmuşam, Birinci batalyonda Şuşa, Ağdərə, Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Məsələni buna bağlamıram. Etiraf edim ki, seçki zamanı yaşanan ilk belə haqsızlıq deyil. Artıq neçənci dəfədir ki, müşahidəçi oluram və hər dəfə haqsızlıqla qarşılaşıram. Belə olanda isə adam əsəbləşir. Bu vaxta kimi əlbəyaxa olmayıb. Orada olan təhqirlər, hədsiz dərəcədə olan saxtakarlıqlar davaya səbəb oldu. Hər dəfə saxtakarlığa qarşı etirazımı bildirmişəm, heç kimə toxunmamışam. Təhqir etməsələr idi, bəlkə də iş bu həddə çatmazdı”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi