10-07-2014 [12:59]
AST Telman kimi tanınan milyarder Telman İsmayılovla qohum olduqdan sonra MM-in təhlükəsizlik və müdafiə komitəsinin üzvü Hacı Salayev biznes imkanlarını daha da böyüdüb.
Buna baxmayaraq, Milli Məclisdə mandat sahibi olan deputatların bir qismi bizneslə məşğul olur. Onların biznesi haqda Milli Məclis rəhbərliyi məlumatlı olsa da, qanun səviyyəsində heç bir tədbir görülmür və hansısa səbəblərə görə biznesmen deputatlara güzəşt olunur.
Bundan arxayın düşən bəzi millət vəkilləri sahibi olduqları biznes şəbəkəsini daha da genişləndirirlər. Parlamentin biznesmen deputatlarından biri də 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən millət vəkili seçilən Hacı Baba oğlu Salayevdir.
MM-in təhlükəsizlik və müdafiə komitəsinin üzvü olan deputatın biznes maraqları barədə mətbuat səhifələrində dəfələrlə məlumat verilib. Qeyd edək ki, Milli Məclisdə akkreditasiyadan keçmiş jurnalistlər arasında aparılmış sorğuda Hacı Salayevlə bağlı maraqlı məqam ortaya çıxıb. Sorğuda iştirak edən parlament jurnalistlərinin böyük hissəsi belə bir deputatın adını eşitdiklərini, amma üzünü görmədiklərini vurğulayıblar.
Hacı Salayev az danışan və az görünən deputat kimi xarakterizə edilir. Biz isə bu gün sizə deputatın biznesi və övladlarının yaşadığı bahalı həyat tərzi barədə bir sıra faktları açıqlayacağıq. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara əsasən, deputatın biznesinin özəyini Yasamal rayonu ərazisində yerləşən və paytaxtın elit məkanlarından biri kimi tanınan «Lake Palace Hotel»i təşkil edir.
Mənbənin bildirdiyinə görə, hoteldə qiymətlər dodaq uçuqladır. Bu səbəbdən obyektə daha çox xarici turistlər və yerli elitanın nümayəndələri gəlirlər: «Hoteldə göstərilən xidmətlərin maliyyə qarşılığı çox yüksəkdir. Obyektin həyətində yaradılan süni göl müştərilərin marağına səbəb olur. Burda müxtəlif tədbirlər, bəzən isə şadlıq mərasimləri də təşkil edilir».
Bu barədə azgenc.az saytında xəbər verilir.
Məlumatda həmçinin qeyd edilir ki, «Lake Palace Hoteli»nin tikilməsinə, daxili dekorasiyasının və dizaynın hazırlanmasına milyonlar sərf edilib.
Araşdırmalar nəticəsində məlum oldu ki, millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də «Trust» Mühafizə şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir. Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektləri var. «Trust»un əməkdaşlarının mühafizə etdiyi böyük şirkətlər arasında «Pepsi-coca cola» şirkəti də var.
Qeyd edək ki, ötən ilin sentyabrında «Yeni Müsavat» qəzeti "Trust” Mühafizə Şirkətinin əməkdaşları "Pepsi-cola” şirkətindən strateji məhsul oğurlamaları və işə MTN-in qarışdığı, həbslərin aparıldığı barədə məlumat yaymışdı. Mətbuatda yayılan məlumatlarda bildirilirdi ki, şirkətin əməkdaşları böyük miqdarda «marqans» kimi tanınan Kalium permanqanat adlanan maddə oğurlayıblar. Həmin maddədən «Pepsi coca cola» və digər sərinləşdirici maddələrin istehsalında istifadə edildiyi qeyd olunur. Xəbərdə o da qeyd olunub ki, şirkətdən oğurluq faktının üstü açılandan sonra əvvəlcə bu məsələni öz aralarında həll etmək istəyiblər. Şirkət ilə «Trust» arasında aparılan danışıqlar vasitəsilə nəticə əldə olunmadığından iş hüquq-mühafizə orqanlarının səlahiyyətinə verilib.
Bundan sonra «Trust»da həbslər həyata keçirilib və xeyli şəxs saxlanılıb. Hətta məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları Hacı Salayevin özü ilə də qeyri-rəsmi söhbət aparıldığı iddia olunurdu. Məlumatlara əsasən, oğurluq faktının üstü açılandan sonra «Trust»un bütün mühafizə sistemi alt-üst edilib, şirkətin mərkəzi ofisində axtarış aparılıb. Hacı Salayev hüquq-mühafizə orqanlarının ehtiyatda olan polkovnik-leytenantı olduğundan yaranmış problemi yoluna qoymağı bacarıb.
Onu da qeyd etmək lazımdır ki, deputat 2 ay öncə tanınmış iş adamı, milyarder Telman İsmayılovla qohum olub. Belə ki, Hacı Salayevin oğlu Kənan Salayev milyarderin qardaşı qızı Arzu Mərdanova ilə ailə həyatı qurub. Telman İsmayılovla qohum olandan sonra Hacı Salayevin maliyyə imkanları daha da genişləndiyi və bitərəf deputat obyektlərinin sayını artırmağa başladığı bildirilir. Onun Türkiyədə də biznes qurması yayılan xəbərlər arasındadır.
Apardığımız araşdırmalarda diqqət çəkən məsələlərdən biri də millət vəkilinin övladlarının yaşadığı bahalı həyat tərzi ilə bağlıdır. Deputatın kiçik oğlu Turqut Salayev ölkənin nüfuzlu universitetlərindən birində təhsil alır. Atasının ərköyün övladı avtomobil həvəskarı olduğu üçün tez-tez maşın dəyişir. «Auto.az» saytında Turqut Salayevin 10-TT-010 və 90-DD-010 nömrələri ilə idarə etdiyi maşınlarının görüntüsü açıq şəkildə göstərilib. Şəkillərdən gördüyünüz kimi, deputatın oğlu eyni nömrəni həm «Range Rover», həm də «Mercedes CL63?ə, 90-DD-010 nömrəsini isə qara rəngli «BMW X6”ya vuraraq paytaxt küçələrində meydan sulayır. Bildiyimiz qədərilə eyni nömrənin bir neçə avtomobilə vurulması qadağandır. Amma Turqut Salayev deputat oğlu olduğuna görə ona «yaşıl işıq» yandırılır. Bu gəncin tələbə ola-ola qiyməti baha olan maşınları hansı pullarla alması maraq doğuran məsələlərdəndir. Turqut Salayev sürdüyü maşınlarla yanaşı, yaşayış tərzinə və geyiminə də xüsusi diqqət yetirir.
Deputat oğlunun «facebook» sosial şəbəkəsində paylaşdığı şəkillərdə xarici ölkələrdə istirahət etdiyi, krallara layiq kef çəkdiyi aşkar şəkildə görünür. O həmçinin brend geyim dükanlarından paltarlar geyinir, bahalı qol saatları vurur və növbənöv ətirlərdən istifadə edir. Buna bir sözümüz yoxdur. Ancaq millət vəkilinin övladının hansı pullarla bahalı avtomobillər idarə etməsi, xaricdə əyləncəli anlar keçirməsinin maliyyə qaynağını araşdırıb tapmaq lazımdır. Hacı Salayevə səs verib onu deputat seçən seçicilər müxtəlif problemlərin əlində aciz qaldığı bir vaxtda, millət vəkili özünün və ailə üzvlərinin rahat yaşayışını təmin edir. Bu nə dərəcədə doğrudur?..
Parlament üzvünün digər oğlu Kənan Salayev isə «GoldenPey» ASC-nin Müşahidə Şurasının üzvüdür. Onun da qardaşı kimi qiyməti baha olan maşınları və kübar həyatı xoşladığı bildirilir.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq. /pia.az/
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi