Şəmkirdə rabitə qovşağında intihar cəhd

img

10-07-2014 [12:51]


Şəmkir rayonunda rabitə qovşağında intihar cəhdinin qarşısı alınıb. MİA Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, iyulun 9-da Şəmkir rayonu Kür qəsəbəsi 1 nəfərin mobil rabitə qovşağının qülləsinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Hadisə yerinə gəlmiş xilasedicilər həmin vətəndaşa kənar psixoloji təsirlərin qarşısını almaq məqsədilə əraziyə toplaşmış insanları uzaqlaşdırıb və mobil rabitə qovşağının qülləsinə çıxaraq intihar etmək istəyən şəxslə müvafiq söhbətlər aparıblar.

Xilasedicilər tərəfindən intihara cəhd nümayiş etdirən vətəndaşla psixoloji kontakt yaradılıb və gərgin psixoloji vəziyyətdə olan həmin şəxsin intihar cəhdinin qarşısı alınıb. Xilas olunmuş şəxs aidiyyəti üzrə təhvil verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA