Arzu Rəhimovun fəaliyyəti yoxlanılacaq, Xidmət rəhbəri nişangahda

img

10-07-2014 [12:38]


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində böhranlı durum hələ də qalmaqdadır. Bu barədə hərbi qaynaqlardan ilginc faktlar ötürülüb. 

Mötəbər mənbənin bildirdiyinə görə, SHÇXDX-nin strukturlarında, yəni ayrı-ayrı rayonların hərbi komissarlıqlarında ciddi kadr islahatları gözlənilir: «Doğrudur, ilk günündən Arzu Rəhimov bütün hərbi komissarları vəzifələrindən azad etdi. Amma sonradan onların hamısı öz postlarına, sadəcə olaraq, yeni ad altında bərpa olundular. Bunun ardından isə SHÇXDX sisteminin ayıbları bir-birinin ardından üzə çıxdı. Çağırışçıların vaxtında toplanmaması, həmçinin sağlıq durumu qaydasında olmayan çağırışçıların az qala kütləvi qaydada cəlb olunması və bunun da ardından aşkar korrupsiyanı sübuta yetirən yeni əsgərlər arasında xəstəlikdən ölmə hallarının artması Arzu Rəhimovun aktivinə yazılan ən böyük mənfilik kimi diqqətə gəldi».

Məhz bu səbəbdən yenidən SHÇXDX-də kadr islahatlarının zəruriliyiin aktuallıq qazandığını bildirən mənbəmiz onu da vurğuladı ki, konkret olaraq üç rayonun - Bakının Yasamal və Xətai rayonlarının, həmçinin Salyan, Ağsu, Şamaxı, Tərtər bə daha bir neçə rayonunun hərbi komissarlığının ciddi surətdə yoxlanılması planlaşdırılır(dia.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA