Polşada daha bir azərbaycanlı polyaklar tərəfindən ölümcül döyülüb: "Burada Azərbaycan diasporu yox səviyyəsindədir"
29-08-2024 [16:38]
Polşada daha bir azərbaycanlı polyaklar tərəfindən döyülüb.
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, döyülən azərbaycanlı Polşada təhsil alır, tələbədir.
Hadisə ötən həftənin altıncı günü (24 avqust) baş verib.
Tələbə Bakıya gəlirmiş. O, yolüstü alış-veriş etmək üçün mağazaya gedib. Burada onu polyaklar təhqir ediblər. Daha sonra deyiblər ki, Polşa yalnız polyaklar üçündür. Bundan sonra onu döyüblər.
Onu da qeyd edək ki, Polşada azərbaycanlılara qarşı bu cür hərəkətlər tez-tez edilir. Xüsusilə də orada yaşayan ermənilər tərəfindən soydaşlarımıza hücumlar olur, onları qətlə belə yetirirlər.
Hazırda Polşada yaşayan, adının təhlükəsizlik baxımından çəkilməsini istəməyən həmyerlimiz Musavat.com-a deyib ki, belə hallar tez-tez baş verir: "Rəşad Əliyev Varşava Politexnik Universitetinin magistridir. O, 2 il əvvəl Polşaya gəlib. Kompüter mühəndisliyində oxuyur. Hazırda onun döyülməsi ilə bağlı cinayət işi başlanılıb. Rəşad Əliyev xəstəxanadadır. Onun üzünə çoxsaylı tikişlər qoyulub. Hazırda həyatına təhlükə yoxdur. Onu döyənlərə gəlincə, həmin şəxslər Rəşada söz atıb, onu "qara" adlandırıb, təhqiramiz ifadələr işlədiblər. Rəşad cavab verib və bu şəkildə döyülüb. Polis onların izinə düşüb".
Həmyerlimiz bildirib ki, Rəşad Əliyevin başına gələnlərin dərin kökləri var: "Polşada hökumət qeyri-polyaklara qarşı aqressiv münasibətin aradan qalxması üçün real olaraq heç nə etmir. Bundan başqa, Azərbaycan diasporunun da Polşada fəaliyyəti yox səviyyəsindədir".
Həmyerlimiz belə bir müşahidəsini də bölüşüb: "Polşada azərbaycanlılara qarşı aqressiv münasibət olsa da, ermənilər və gürcülərə qarşı belə bir aqressiya yoxdur. Çünki onların diaspor təşkilatları təbliğat aparır, ölkələrini, insanlarını Polşa cəmiyyətinə tanıdırlar. Azərbaycan, azərbaycanlılar barəsində polyaklarda yalnız yaşlı nəsildə məlumat var. O məlumat da çox kasaddır. Polşada postsovet məkanından çıxanlara xoş münasibət yoxdur. Bu, daha çox Rusiya ilə əlaqəlidir".
Həmyerlimiz deyib ki, Azərbaycan Respublikasının Polşadakı səfirliyi və diaspor təşkilatları yaranmış vəziyyəti təhlil etməli, azərbaycanlılara qarşı münasibətin dəyişməsi üçün təcili tədbirlər görməlidirlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi