AZAY QULİYEV RƏQİBİNƏ HƏDƏ-QORXU GƏLİB? - Deputatlığa namizəd ölkə rəhbərliyinə sensasiyalı müraciət yazıb
29-08-2024 [15:35]
Milli Məclisin keçmiş deputatı, hazırda 8 saylı Binəqədi seçki dairəsindən yenidən deputatlığa namizəd olan Azay Quliyev qeyd edilən dairədə gərginlik yaradıb.
Mia.az xəbər verir ki, bu barədə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Rəhimov İlkin Oruc oğlu Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevaya, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova, Ədliyyə naziri Fərid Əhmədova, Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Seyidova, 8 saylı Binəqədi birinci Seçki Dairəsinin sədri Natiq Əliyevə, Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi Şakir Qəniyevə sensasiyalı şikayət məktubu ünvanlayıb.
Mia.az həmin məktubu olduğu kimi təqdim edir:
"Çox hörmətli cənab Prezident!
Mən bu il – 1 Sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar Parlament seçkilərində iştirak etmək üçün öz təşəbbüsümlə MSK-nın 8 saylı dairəsinə müraciət etmişdim.
Müvafiq proseduru keçdikdən sonra dairədən mənə imza vərəqələri verildi və imzatoplama kompaniyasını müvəffəqiyyətlə başa çatdırıb sənədləri yenidən 8 saylı seçki dairəsinə təqdim edərkən, mənə bildirdilər ki, neçə illərdi bizim daimi deputatımız Quliyev Azay Əjdər oğludur. O, səninlə görüşmək istəyir, onunla görüş, sonra sənin namizədliyinin qeydə alınmağına baxarıq. Sözün düzü, bu mənə qəribə görünsə də, etiraz etmədim və deputatlığa namizəd olan Quliyev Azay Əjdər oğlu ilə görüşə hazır olduğumu bildirdim.
Bizi əlaqələndirdilər və deputatlığa namizəd Quliyev Azay Əjdər oğlu məni öz kabinetində qəbul etdi. İlk anda məni pis qarşılamasa da, sonradan namizədliyimi geri götürüb onun yanında olmağımı tələb etdi və məndən rədd cavabı aldıqdan sonra mənə qarşı münasibəti dəyişdi və təhdid olaraq bildirdi ki, mən həm Prezident yanında Əfv Komissiyasının üzvüyəm, həm də Penitensiar Xidmətin rəisi general Mirsaleh Seyidovun qohumuyam (P.S. Əgər bu, təhdid deyildisə nə üçün qohumlarından yalnız birini mənə xatırlatdı, məgər digər qohumları yoxdur ki? O, bununla mənə, əgər namizədliyimi geri götürmərəmsə, həmin qohumundan – Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovdan mənə və atama qarşı bir zor aparatı kimi istifadə edə biləcəyini çatdırdı), baxma ki, səninlə belə mehriban danışıram, deputatlığa namizədliyin qeydə alınsa, səninlə belə “mülayim” danışmayacam, danışıq tərzim dəyişəcəkdir.
Əvvəlcə onun bu təhdidlərini ciddi qəbul etmədim (necə ola bilər ki, Respublikasının Prezidenti cənab İlham Əliyevin administrasiyasında işləyəsən, sənə etimad göstərilib yüksək vəzifə versin, amma sən onun siyasətinə qarşı gedəsən – ədalətsizliklər edib hədə-qorxularla seçki prosesinə müdaxilə və təzyiq edəsən!) ta o vaxta qədər ki, mənim yaxın qohumlarımdan birini də çağırıb o tərzdə təhdid və hədələrlə qorxutmamışdılar.
Belə ki, 26.08.2024-cü il tarixində (Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın doğum günü) yaxın qohumlarımdan birini çağırıb deyiblər ki, Rəhimov İlkin Oruc oğluna deyin ki, namizədliyini geri götürsün, çünki (bu dəfə yenə də həmin şəxs yaxın qohumuma Quliyev Azay Əjdər oğlunun mənə dediklərini eynilə təkrarlayaraq, sadəcə, qohumluq əlaqələrini bildirərkən xüsusi isimlərin yerini dəyişərək deyib) bilirsiniz də, Quliyev Azay Əjdər oğlu general Mirsaleh Seyidovun qohumudur, onsuz da 11 saylı cəzaçəkmə müəssisəsindəki seçki qutusundan general Mirsaleh Seyidov kimi desə, o çıxacaqdır. Cəzaçəkmə müəssisəsinin rəisinin cəsarəti çatmaz ki, generalın bir sözünü iki etsin (əlbəttə, görünür, istər qanuni – istərsə də qeyri-qanuni göstərişləri nəzərdə tutubdur), seçki bitdikdən sonra, əgər Rəhimov İlkin Oruc oğlu deputat seçilməzsə, onda atasının vəziyyətinin necə olacağını düşünsün.
Cənab Prezident!
Sizin vəzifəyə təyin etdiyiniz şəxslərdən ədalətli, vicdanlı insanlardan çoxunu tanıyırıq, amma istisna olaraq ona həvalə etdiyiniz vəzifədən öz şəxsi mənafeyi üçün sui-istifadə edənlər də vardır, o cür insanların “xidməti” sayəsində atamın həyatına təhlükə yaradılıb, təhdidlər edilir.
Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq 8 saylı seçki dairəsində (daha doğrusu, Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində) ədalətli seçkilərin keçirilməyi üçün orada nəzarəti gücləndirmək, seçkilər bitdikdən sonra həmin müəssisədə və həmin seçki məntəqəsində, hətta 8 saylı seçki dairəsinin bütün məntəqələrində yoxlamalar aparmaq, eləcə də atamın həyatı (həmçinin də mənim həyatım) üçün yaranmış təhlükəni aradan qaldırmaq məqsədilə müvafiq tədbirlər görülməkdən ötrü xüsusi göstəriş verib yoxlamaları, həmçinin yoxlamaların nəticələrinə müvafiq tədbirlərin görülməyini öz xüsusi nəzarətinizdə saxlamağınızı xahiş edirəm.
Hörmətlə,
8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Rəhimov İlkin Oruc oğlu".
P.S. Penitensiar xidmətdən şikayətlə bağlı Mia.az-a bildirilib ki, general Mirsaleh Seyidovun Azay Quliyevlə hər hansı bir formada qohumluq əlaqəsi yoxdur!
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi